Əlaqə Arxiv
news Image
2020.09.23
11:32
| A A A
Azərbaycanın Prezidenti yenə də yüksək tribunalardan çıxış edir

2016-cı ildə Azərbaycan Respublikası 120 ölkənin birgə qərarı ilə Qoşulmama hərəkatının sədri seçilmişdir. Bakıda 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökümət başçıları səviyyəsində keçirilmiş 18-ci zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür.
      Dünyada milyonlarla insana mənfi təsir edən insan hüquqlarının pozulması, maliyyə böhranları, silahlı münaqişələr, terrorçuluq, separatizm hələ də davam edir.
      Qoşulmama hərəkatının rolu mühüm əhmiyyətə malikdir.      Azərbaycan BMT-nin gücləndirilməsi, Baş Assambleyanın canlandırılması sahəsində BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırır. BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir.
      Bu il Qoşulmama Hərəkatı üçün də əlamətdar olan Bandunq Bəyannaməsinin qəbul edilməsinin 65 illiyi qeyd edilir.
     Azərbaycan adından çıxışda 1992-ci il martın 2-də Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra BMT-yə üzv olması, 30 illik müstəqillik dövründə müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olması qeyd olundu.
 Ermənistan işğalçı dövlətdir.
      BMT Nizamnaməsinə qoşulmaqla bütün üzv dövlətlər hər hansı bir ölkəyə qarşı güc tətbiqində çəkinmək öhdəliyi götürmüşdür.
      Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozur. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonunu işğal etmişdir.
      İşğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilmişdir. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ermənistan qanunsuz məskunlaşma siyasəti həyata keçirir.
     Çox vaxt Ermənistan mülki əhalini hədəf seçir. Ermənistan sülh prosesində demək olar ki, heç iştirak etmir. Çünki Ermənistan müharibəyə hazırlaşır.
    Dövlət başçımız qeyd etdi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.
   Azərbaycan-BMT əlaqələrinin inkişaf etməsi xüsusi qeyd olundu. 
    2020-ci ilin may ayında Qoşulmama Hərəkatının Covid-19-a qarşı Zirvə görüşü Dövlət başçımızın təşəbbüsü əsasında keçirildi.
   Azərbaycanın Covid-19 pandemiyasına qarşı mübarizədə nümunəvi bir ölkə kimi göstərilməsi bizi qürurlandırır.
   Azərbaycan demokratiya yolunda uğurla addımlayır və Azərbaycan iqtisadiyyatı durmadan inkişaf edir.
   Azərbaycan multikulturalizmin simvolu olan BMT-yə güclü dəstək verir, BMT-nin beynəlxalq münasibətlərdə nüfuzunun yüksəldilməsi üçün işləməyə hazırdır.

Amalya Zalova
Nəsimi rayonu təhsil işçisi

Sizin Reklam Yeriniz