Əlaqə Arxiv
news Image
2020.09.24
07:30
| A A A
Terrorçuluq Ermənistanda sənətə çevrilib
Müasir dünyada terror törətmək olar, amma bununla qalib gəlmək mümkün deyil

 

 

 

 

Bir müddət əvvəl Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev bildirdirmişdi ki, ona qarşı bəzi mənbələrdən təhdidlər yağdırılır. Siyasətçi bunun səbəbini belə izah etmişdi: “Sosial şəbəkələrdə, xüsusilə, informasiya müharibəsi kontekstində çox aktiv fəaliyyət həyata keçiririk. İnformasiya müharibəsinin hazırda əsas hissəsinin sosial şəbəkələr platformasında həyata keçirildiyini nəzərə alaraq orada da aktiv olmağa məcburuq. Xüsusilə son zamanlar sosial şəbəkələrdə apardığımız fəaliyyətimizə görə bizə çoxlu hücumlar var, hətta bizi ölümlə hədələyirlər”. 

Bəs, bu hədələri kimlər və nə məqsədlə edirlər. Bu haqda T.Gncəliyev belə deyib: “Ermənistandan və Dağlıq Qarabağdan olan bəzi aqressiv, radikal qüvvələr növbəti xarici səfərlərimizdə bizi ölümlə təhdid edərək hədəfə götürüldüyümüzü və bizə qarşı terror aktı törədəcəklərini yazırlar. Hətta bəzi erməni sosial şəbəkə istifadəçiləri bizə “Nemezis” terror əməliyyatını xatırladır. Bildiyiniz kimi, “Nemezis” əməliyyatı Osmanlı İmperiyasının ictimai-siyasi xadimlərinə qarşı erməni daşnakları tərəfindən edilmiş terror hadisəsi idi”.

Terrorçuluq Ermənistanda siyasətçilərin əsas taktiki silahı sayılır və cəmiyyət bu vəziyyətə elə alışdırılıb ki, indi bir çox ermənilər yaşamaq üşün adam öldürməyi özlərinə peşə seçiblər, yəni ölkədə terrorçu peşəsi formalaşıb. Erməni siyasi hakimiyyəti daim terrorizmi maliyyələşdirdikləri üçün sosial problemlərdən əziyyət çəkənlər bu “peşə”yə meyillənirlər. Təsadüfi deyil ki, bir aydır ki, dünya mətbuatı Ermənistanın Livandan erməni əsilli vətəndaşların köpçürülməsi adı altında Qarabağa beynəlxalq terrorizmin qatı üzvlərini daşıyırlar. Onların sırasında bütün dünyanın terror təşkilatları kimi tanıdığı ASALA,  PKK, PYD/YPG başkəsənləri var.

Lakin Tural Gəncəliyevə terrorçularla yanaşı sadə ermənilər, Azərbaycan vətəndaşı olan, ancaq hazırda separatçıların və Ermənistan silahlı qüvvələrinin işğalı altında səslərini çıxara bilməyən insanlar da müraciətlər ünvanlayırlar. Bu barədə icma rəhbəri öz açıqlamasında bildirib ki, son günlər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasının bir sıra üzvləri seçkili nümayəndə kimi ona müraciət edərək (təhlükəsizlik baxımından adları açıqlanmır) Dağlıq Qarabağda kəskin respirator infeksiyaya, pnevmoniyaya yoluxmuş   şəxslərin sayının artması, səhiyyə infrastrukturunun acınacaqlı vəziyyəti, testlərin olmaması, tibbi heyətin çatışmaması barədə məlumat verib, Ermənistanın və qanunsuz rejimin koronavirusa (COVID-19) yoluxma hallarını əhalidən gizlətməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

“Mən seçkili nümayəndə olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməni icmasına koronavirusdan müdafiə olunmaq üçün fərdi gigiyena qaydalarına, özünütəcrid, sosial məsafə kimi tədbirlərə ciddi surətdə riayət etməyə çağırıram. Əminəm ki, Ermənistanın işğalı başa çatdıqdan sonra Azərbaycan dövləti ölkəmizin Dağlıq Qarabağ bölgəsində səhiyyə infrastrukturunu yenidən quracaq və hər iki icma müasir standartlara cavab verən tibb sisteminin imkanlarından bəhrələnəcəklər”, - deyə T. Gəncəliyev vurğulayıb.

Məsələnin də məğzi bundadır. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları həmişə qarşılıqlı anlaşma şəraitində dinc yanaşı yaşayıblar. Bu sətirlərin müəllifi də Qarabağda doğulub böyüyüb və regionun erməni əhalisi ilə çoxsaylı təmasları olub. Ermənistanın Qarabağı işğal etməsində ərazidə yaşayan ermənilərin böyük rolu olmayıb. Düzdür, separatçıların və xarici emissarların təsiri altına düşən xeyli erməni adı sadalamaq olar. Amma bütövlükdə, nəinki Qarabağda, hətta Ermənistanın özündə yaşayan ermənilərın yaşlı nəsli azərbaycanlılarda birgə yaşadıqları dövrləri həsrətlə xatırlayırlar.

Dağlıq Qarabağın azərbaycanlı icmasının son vaxtlar fəaliyyətini genişləndirməsi, icma rəhbərinin Azərbaycan Milli Məslisinin deputatı seçilməsi və Dağlıq Qarabağ ermənilərinin mənafeyini müdafiəyə qalxması sadə erməniləri cürətləndirib və onlar məxfilik şərti ilə həmrəyliklərini bildirir, qondar faşist rejimindən qurtulmağın yollarını axtarırlar. Bu haı Ermənistanı və bu işdə əli olan xarici qüvvələri olduqca ilgiləndirir və əllərindən ancaq Tural Gəncəliyevə hədə-qorxu gəlmək gəlir. Onlar qorxurlar ki, yerli xalq üsyan qaldırar və onların arxasına süpürgə bağlayıb diyardan qovarlar. Azərbaycanın mərkəzi hakimiyyəti vəziyyəti nəzarətdə saxlayır və işğala son qoymaq, ərazi bütövlüyünü bərpa etmək üçün ciddi səylər göstərir. Regionda terrorizmə son qoymaq üçün Qarabağ düşmən tapdağından azad edilməlidir. Həmin an isə günbəgün yaxınlaşır. Demək, terrorun axırı da yaxınlaşır.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz