Əlaqə Arxiv
news Image
2020.09.24
08:00
| A A A
İkili standartlar siyasi iflasın başlanğıcıdır
Qərbin Azərbaycana və Türkiyəyə qarşı sərgilədiyi siyasətin üzü astarından, astarı üzündən betərdir

 

Avroppa və ABŞ strateqləri siyasi mübarizədə bir tonda danışıb, başqa tonda çıxış etməyi özlərinə iş üslubu seçiblər. Bunu onların apardıqları siyasəti təhlil edəbdə aydın görmək olur. Buna görə də əksər vaxtlar siyasətləri iflasa uğrayır və niyyətlərinə açıq təhdid və zorakılıqla nail olmağa çalışırlar. Bu isə müharibələrə, qırğınlara, hüdudsuz insan qırğınlarına yol açır.

Bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ölkəsi Aralıq dənizinin şərq hissəsində rəqiblərinin planlarını pozub. Bu fikirləri Ərdoğan videokonfrans formatında Tokatda su elektrik stansiyasının açılışı mərasiminin iştirakçılarına müraciətində söyləyib. Qardaş ölkənin dövlət başçısı energetikanın inkişafını hər bir dövlətin tərəqqisinin göstəricisi adlandırıb: “Pandemiya dövründə Türkiyə təkcə səhiyyə sahəsinə deyil, digər sektorlara da sərmayə qoymaqda davam edib, bununla da 2023-cü ilin göstəricilərinə çatmaqda qərarlı olduğunu göstərib”.
Türkiyə lideri hökumətin energetika sahəsində gördüyü işlərdən ətraflı danışaraq deyib ki, son 18 ildə Türkiyə bu sahəyə 100 milyard dollardan artıq sərmayə qoyub. Təsadüfi deyil ki, avqust ayında Türkiyədə günəş enerjisi istehsalı üzrə ilk panel zavodu işə salınıb. 
Bununla yanaşı, Türkiyə Prezidenti Avropa İttifaqı ölkələrində Ankaraya qarşı ikili standartların mövcudluğuna diqqət çəkib: “Qərb ölkələrinin Türkiyənin ünvanına tənqidi fikirlər söyləməsinin əsl səbəbləri bizə yaxşı məlumdur. Amma demokratik inkişafla bağlı özlərində ciddi problemlər var. Türkiyə öz gücünə və imkanlarına inanır, bu, bütün sahələrə aiddir: səhiyyədən tutmuş iqtisadiyyata, diplomatiyadan tutmuş təhlükəsizliyə qədər”.

Qərbin ikili standartlarını birinci dəfə deyildi ki, Rəcəb Tayyip Ərdoğan tənqid edirdi. Ötən il beynəlxalq terrorizmlə mübarizə haqda danışan Ərdoğan demişdi: “Bizim bütün səylərimizə baxmayaraq, biz terrorizmlə mübarizədə və güc toplayan radikal cərəyanlar istiqamətində ikili standartlar siyasətinin davam etdirilməsinin şahidi oluruq”. O qeyd etmişdi ki, Türkiyənin Suriyanın şimalında mübarizə apardığı terror qruplaşmalarına xarici dövlətlər 10 minlərlə silah, nəqliyyat vasitəsi verib.
Türkiyə prezidenti ABŞ və Avropa İttifaqını ikili standartlar tətbiq etməkdə günahlandıraraq keçən il Qərbin Venesuela parlamentinin sədri Xuan Quaydonu ölkənin müvəqqəti prezidenti kimi tanıma qərarını qeyri-qanuni adlandırmışdı: “Venesuela - iş yeri deyil ki, onun liderindən vəzifəsindən çıxmağı tələb edəsən. Prezident seçkisində  iştirak etməyən bir insanı necə prezident kimi tanıya bilərlər? Demokratiya nədir? Sizin dəstəklədiyiniz  prinsiplər haradadır? Belə yanaşma tamamilə qəbuledilməzdir. Biz “güclü olan haqlıdır” dünyasını qəbul etmirik, biz belə bir imperyalist mövqeyə qarşıyıq”.

Azərbaycan Prezidenti İlham Əliyev də ölkəsinə qarşı Avropadan sərgilənən ikili standartlarla daim mübarizə aparıb və aparır. Dövlət başçısı Azərbaycanda baş verən demokratik quruculuq prosesini gözü götərməyən, ölkənin ictimai-siyasi hətaında ağı qara görən və böhtançı mövqe sərgiləyən Avropa Şurasının qərarlarını “adı kağız parçası” kimi səciyyələndirib və onları həqiqətin gözünün içinə düz baxmağa çağırıb. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi faktı da uzun müddət təcavüzkarın xeyrinə qiymətləndirilib və həqiqəti isbatlamaq üçün Azərbaycan diplomatiyası uzun və məşəqqətli mübarizə aparıb. Sonda isə Azərbaycanın ədalətli mübarizəsi qalib gəlib. Amma hələ də sona çatmayıb, çünki torpaqlarımız hələ də düşmən tapdağı altındadır. Çünki, Avropa işğalı təsdiq eləsə də, təcavüzkarın cilovlanması üçün əməli addımlar atmaq fikrində deyil.

Ancaq hər bir həqiqətin yerinə yetməsi üçün zamana ehtiyac var. İndi artıq nə Türkiyə, nə də Azərbaycan ikili standartlara əhəmiyyət verir. Ortaya çıxan proiblemləri həll etmək üçün bütün iqtisadi-siyasi və hərbi güclərini birləşdirən, haqqlarını müdafiə edən bu iki qardaş dövlət qarşılarına çıxan maneələri uğurla dəf edirlər. Daha ikili standartlarla bizi aldatmaq mümkün deyil. Bu cür siyasətin iflası Azərbaycan və Türkiyənin qələbəsidir və terrora və işğala son qoyandan sonra Orta Şərqin başlanacaq böyük intibahı ikili standartlara daha güclü zərbə vuracaq.

N.NOVRUZ

Sizin Reklam Yeriniz