Əlaqə Arxiv
news Image
2020.09.24
10:17
| A A A
Ceyhun Bayramov: "Təhlükəsizlik və tərəqqini təmin etməkdə qərarlıyıq”

“Dost Gürcüstana rəsmi səfər üçün yola düşmüşəm. Strateji əlaqələrimizin daha da möhkəmləndirilməsi ilə bağlı səmərəli müzakirələrin olmasını gözləyirəm”.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov öz "Twitter" səhifəsində yazıb.

“Beynəlxalq hüquq normaları və prinsiplərinə ciddi hörmət əsasında regional sülhü, təhlükəsizliyi və tərəqqini təmin etməkdə qərarlıyıq”, nazir vurğulayıb. 

Sizin Reklam Yeriniz