Əlaqə Arxiv
news Image
2020.09.25
11:05
| A A A
Əli Kərimlinin “oyuncağı”
AXCP siyasi təşkilatdır, yoxsa siyasi “kukla”?

Bu gün Azərbaycanın siyasi müxalifət cəbhəsinin radikal bölümünə aid olan AXCP-nin gördüyü işlər, həyata keçirdiyi siyasi aksiyalar və daha nələr haqda danışanda mütləq Əli Kərimlinin adı çəkilir. Çünki bu qurumun gördüyü işlərdə siyasətdən çox fırıldaqçılıq izləri var və Əli Kərimlinin də daxil olduğu camiədə fırıldaqçı kimi əlindən gəlməyən əməl yoxdur. Bu adamım adı nələrdə hallanmır? Saxta sənədləşmə, mühacir biznesi, qrant pullarının mənimsənilməsi, partiyadaxili seçkilərin saxtalaşdırılması, yalançı şahidlik, şəxsin xəbəri olmadan adından imza atmaq, qrupbazlıq, trollar dəstəsi saxlamaq və sairə bu kimi cinayətkar əməllər Əli Kərimli "fenomen"inin xarakterik xüsusiyyətləridir.
Bu günlərdə analitik Elçin Alıoğlu bu "fenomen"in əməlləri barədə daha bir ilginc faktı ictimaiyyətin nəzərinə çatdırıb.  "AXCP sədri və son illərdə siyasi fəaliyyətini sosial şəbəkələrdəki bloqerliklə əvəzləmiş Əli Kərimlinin ən yaxın tərəfdaşlarına belə, stabil yanaşma ilə davranış nümunələri sərgiləmədiyi bəlli. Onun özünə uzaq, rəqib və ya artıq maraqsız saydığı insanlara münasibəti isə ikiüzlülük, riyakarlıq və saxtakarlıq həddinə çatır. Ə.Kərimliyə illərlə sədaqətlə çalışan, onun dediklərinə inanan, lakin aldandıqlarını çox gec də olsa, anlayanlarsa avtomatik olaraq "hakimiyyətə işləyən", "iqtidara satılmaş adam" elan olunur. Məsələn, Aydın Əliyev kimi".
Aydın Əliyev AXCP-nin fəal üzvü, pariya işinə məsuliyyətlə yanaşan, uğrunda çalışdığı məqsədə sədaqətlilik nümunəsi göstərin Azərbaycan vətəndaşıdır. 1995-ci ildən AXCP-nin üzvü, 2015-ci ildən isə keçirilən qurultaydan sonra partiyanın Nəzarət Təftiş Komissiyasının sədri olub. Amma, çifayda. A.Əliyev siyasi işə qoşularkən o, təcrübəsizlikdən bir şeyi unudub, unudub ki, qurşandığı yolun yolçularına Əli Kərimli rəhbərlik edir və bu adamım fəaliyyəti ilə onun vicdanı arasında münasibətlər tərs-mütənasibdir. Nədəndir ki,  o, partiya sədrinin volüntarizmi, saxtakarlığı və yarıtmaz fəaliyyəti ilə bağlı mövqeyini təhqiq və tənqid edəndə sıxışdırılıb, sonra isə heç bir məntiqi səbəb və qanuni əsaslar olmadan vəzifəsindən qovulub.
Tək qovulsa dərd yarı olardı, o, təqib olunub və Əli Kərimlinin sosial şəbəkədəki trollar və trolcuqlar dəstəsinin təqibinə və təhqirlərinə məruz qalıb. Partiya sədri  təcili olaraq AXCP üzvü İradə Nərimana guya Aydın Əliyevin rəsmi olaraq vəzifəsindən uzaqlaşdırılmasına dair köhnə tarix və imzalarla saxta protokol və digər sənədlər hazırlamasını tapşırıb.
Bu saxtakarlıqlara tab gətirə bilməyən Aydın Əliyev isə öz növbəsində Nəsimi Rayon Məhkəməsində Əli Kərimliyə qarşı iddia qaldırıb. İlk prosesdə şikayətçi Aydın Əliyev məhkəməyə AXCP-nin Neftçala rayon təşkilatının sədr müavini Ələkbər Zahidovun da partiya sıralarından qanunsuz olaraq xaric olunması ilə bağlı sənəd təqdim edib.
"Əli Kərimli partiyada sərt diktatura rejimi qurub. Onun antidemokratik hərəkətlərinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib. Əli Kərimli siyasi dələduz olaraq bizi, xalqımızı illərdir ki, aldadır. Bu gün də gənclərimizi aldadaraq özünün çirkin oyunlarına qurban vermək istəyir", - deyə, Aydın Əliyev özünün keçmiş sədri barədə od saçır. Onun sözlərinə görə, Əli Kərimli onun normal fəaliyyətinə imkan verməyib: "O, bunu bilərəkdən edib. Partiyaya daxil olan maliyyə vəsaitlərinin onun tərəfindən mənimsənilməsinin üstünün açılmamasına görə belə edib. Partiyaya daxil olan ianələr və digər pulları ancaq öz nəzarətində saxlayan Əli Kərimlini mənim kimi düzgün, əqidəli adam qane etməyib".
Faktiki olaraq Aydın Əliyevin partiya sıralarından kənarlaşdırılması üçün təqdim edilən sənəd də əsassız idi. Çünki yığıncaqda iştirak edən şəxslərin bəziləri ümumiyyətlə nizamnaməyə əsasən, Rəyasət Heyətinin üzvləri ola bilməzlər. Partiyanın nizamnaməsində göstərilib ki, Rəyasət Heyətinin üzvləri AXCP Ali Məclisinin üzvlərindən seçilməlidir. Amma protokol sənəddə ümumi yığıncağın iştirakçısı olaraq qeyd edilən Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Məmməd İbrahim qeyri-qanuni fəaliyyət göstərir. Açıq şəkildə görsənir ki, bütün bunlar Əli Kərimlinin göstərişi ilə həyata keçirilib.
Nə qədər qəribə səslənsə də, iddiaçı A.Əliyevin AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması məhkəmə tərəfindən qərara alınıb. Bu fakt Əli Kərimlinin radikal və saxta fəaliyyətinin növbəti iflasıdır, onun nəinki siyasi işə, adi vətəndaşlıq öhdəliklərini yerinə yetirə bilmədiyinə əyani sübutdur. Bununla da Əli Kərimlinin partiyanı və onun üzvlərini oyuncaq kimi oynatması yalnız onun özünün kefini aça bilər, başqa heç kəsin.
N.NOVRUZ

Sizin Reklam Yeriniz