Əlaqə Arxiv
news Image
2020.09.26
14:39
| A A A
Azərbaycan Ordusu “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları icra edir

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Msta-S” özüyeriyən haubitsa heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilir.

Bu barədə Mövqe.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Həy'can siqnalı ilə qaldırılan heyətlər atəş mövqelərinin dəyişilməsi və şərti döyüş zamanı düşmən hədəflərinin koordinatlarının təyin edilməsi suallarını məşq ediblər.

Döyüş atışları icra edən heyətlər şərti düşmənin müxtəlif məsafələrdə yerləşən hərbi texnikası və mühəndis fortifikasiya qurğularını məhv ediblər.

 

Sizin Reklam Yeriniz