Əlaqə Arxiv
news Image
2020.09.27
14:47
| A A A
Biz bizim olanı almağa gəldik: Düşmən darmadağındır!

Tarixi günlər yaşayırıq!

İllərdir həsrətində olduğumuz torpaqlarımıza qayıtmaq üçün həlledici döyüşlər gedir.

Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir... və İlk ŞAD XƏBƏRLƏRİ şəxsən Ali Baş Komandan özü efirdə elan etdi.

Qarabağ - təkcə torpaq deyil, ərazi deyil, həm də milli kimlikdir, tariximiz və yaddaşımızdır.

Biz kim olduğumuzu, dövlətlər fəth edən əcdadlarımızı xatırlamaq, onlara qayıtmaq üçün Qarabağa qayıtmalıyıq.

Bu gün Şanlı Ordumuz rəsmən bu prosesə başlayıb.

Hərbçilərimiz düşmənə sarsıdıcı zərbələr endirir.

Təsəvvür edin, Azərbaycanın rayonlarından insanlar cəbhəyə axışır. Ermənilər isə cəbhədən qaçır.

Çünki o torpaqların sahibinin onu geri almağa gəldiyini dərk edirlər.

Biz bizim olanı almağa gəlirik.

Təbii, şəhidlərimiz, qazilərimiz olacaq - müharibənin qaçılmaz qanunudur.

Mühüm olan torpaqlarımdan düşmən ayağını birdəfəlik kəsməkdir. Bu gün biz şəhid olmasaq, sabah erməni övladlarımızı şəhid edəcək.

Bu baxımdan Ordumuz hazırda müqəddəs bir vəzifəni icra edərək, həm keçmişimizi, həm də gələcəyimizi xilas edir.

Ən önəmli məqam da xalq olaraq ruh yüksəkliyi içində olmağımızdır.

General Polad Həşimov... Ruhun şaddır, cənab general!

Ruhun sevinsin, Cənab General, o böyük günə az qalıb.

Şuşaya bayrağımızı sancağımız ana!

Sizin Reklam Yeriniz