Əlaqə Arxiv
news Image
2020.09.28
10:15
| A A A
Könül Nurullayeva: “Azərbaycan Ordusu öz tarixi vəzifəsini layiqincə yerinə yetirir”

Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən təxribatına cavab verməyə qadir olduğunu bir daha sübut etdi. Ötən gün erməni silahlı birləşmələrinin törətdiyi təxribata Ordumuzun vaxtında və operativ şəkildə reaksiyası nəticəsində işğal altındakı ərazilərimiz düşmən tapdağından azad edildi. Hazırda əks-hücum əməliyyatları davam edir və vəziyyət Azərbaycan ordusunun tam nəzarəti altındadır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Dağlıq Qarabağ bizim milli məsələ və tarixi vəzifəmizdir.

Mövqe.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşı uzun illərdir, Vətən həsrəti ilə, öz dədə-baba yurdunda qaçqın-köçkün vəziyyətində yaşayır: "Dövlət başçımızın da söylədiyi kimi, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Bu gün Azərbaycan Prezidentinin qətiyyəti, Azərbaycan Ordusunun iradəsi Böyük qayıdışı daha da yaxınlaşdırır. 

Silahlı Qüvvələrimizin düşmənə layiqli cavabı bir daha sübut edir ki, Azərbaycan heç bir halda tarixi torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək".

Sizin Reklam Yeriniz