Əlaqə Arxiv
news Image
2020.09.28
11:30
| A A A
Ceyhun Bayramov: XİN diplomatik korpusu məlumatlandırıb

Sentyabrın 27-də səhər saat 6 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan tərəfə atəş açıb növbəti təxribat törədib.

Mülki şəxslər arasında ölən və yaralananlar var. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks əməliyyata başlayıb.

Mövqe.az-ın məlumatına görə, bunu bu gün Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bu hadisədən sonra Prezident Azərbaycan xalqına müraciət etdi: "Xarici İşlər Nazirliyi bu barədə diplomatik korpusu məlumatlandırıb və bəyanatlar yayıb".

Sizin Reklam Yeriniz