Əlaqə Arxiv
news Image
2020.09.28
12:37
| A A A
Müdafiə Nazirliyi Ermənistanın itkilərini açıqladı

"Əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədi ilə əks-hücum əməliyyatı davam etdirilir".

Mövqe.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. 

Onun sözlərinə görə, artıq Talış kəndi ətrafında bir neçə yüksəklik işğalçı qüvvələrdən təmzilənib: "Həmişə olduğu kimi, Ermənistan itkilərinin sayını gizlədir. Düşmənin 24 tank və zirehli texnikası, 18 PUA, 8 artilleriya quğusu məhv edilib, 550-dən artıq itkisi var".

Anar Eyvazov həm də onu qeyd edib ki, "Ermənistan tərəfinin məhv edilmiş canlı qüvvəsi arasında Suriyada və Livandan gətirilmiş muzdlular olduğunu aşkar etmişik".

O qeyd edib ki, Ermənistan tərəfi bu məlumatları ictimaiyyətdən gizlədir.

Sizin Reklam Yeriniz