Əlaqə Arxiv
news Image
2020.09.28
15:00
| A A A
Ermənistan günahı Rusiyada görür
Sanki rusların ermənilərə borcu var, halbuki ermənilərə dövləti elə ruslar yaradıb

 

Ermənistan Azərbaycana qarşı apardığı 30 illik işğal siyasətinə görə indi meydanda cəngə çəkilib. Onların təcavüzündən səbri daşan Azərbaycan ordusu dəfələrlə etdiyi sülh təkliflərinin cavabsız qalması və ermənilərin insan itkiləri ilə yekunlaşan vaxtaşırı təxribatlarına son qoymaq üçün bütün cəbhə boyu əks-hücum əmçəliyyatlarını genişləndirir. Əslində bu çoxdan baş verməliydi, çünki hər bir dövlətin öz ğrazisinə daxil olmuş terrorçuları məhv etmək hüququ beynəlxalq qanunlarla təsbit edilib. Lakin dağıdıcı müharibələrdən qaçmağa çalışan azərbaycanlılar qarşısında erməni kimi məkdli düşmən olanda savaşdan başqa ayrı çıxış yolu qalmır. Çünki, düşmən nəinki beynəlxalq hüququ tapdalayır, həm də hər gün atəşkəs rejimini pozur, sülh danışıqlarından qaçır və təcribatlar törətməkdən çəkinmirdi. Bunu nəticəsidir ki, bu gün Ermənistan silahlı qüvvələri cəbhədə çoxsaylı qurbanlar verir. Yalnız, Ermənistan tərəfin rəsmi statıstikasına görə cəmi bir sutkalıq döyüşlərdə onlar 31 hərbçilərini itirib və hospitallarda artıq 200 yaralı var. Əslində isə bu rəqəmlər daha böyükdür və tədricən hamısı üzə çıxacaq. Ancaq, məsələnin başqa siyasi tərəfi də var.

Bu gün ermənilər özlərini saldıqları dərin quyuya görə Rusiyanı tənqid və təhqir atəşinə tutublar. Şikayətin məzmunu ondan ibarətdir ki, “Kreml hə isə etməyə hazırlaşmır. O, bizi mahiyyətcə bədbəxt vəziyyətdə qoydu”. Demək işğalıçıların arzusu budur ki, Rusiya qoşun çəkib Ermənistan tərəfdən Azərbaycanla müharibə aparmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 27-də facebook sosial şəbəkədəki səhifəsində yazıb: “Bu saat Ermənistan hökumətinin qərarı ilə hərbi vəziyyət və ümumi səfərbərlik elan olunur. Ordulara təhkim olunmuş şəxsi heyəti ərazi hərbi komissarlıqlarına gəlməyə çağırıram. Vətən uğrunda, qələbə uğrunda!”. Bir baxın, Azərbaycan öz ərazisində işğalçılara qarşı döyüşür, Ermənistan baş naziri vətəndən dəm vurur. Hansı vətəni nəzərdə tutur Paşinyan? Onun “vətən” deyə nəzərdə tutduğu Qarabağ işğalçılar üçün qəbir yeridir. Bu məlum həqiqəti başa düşdükləri üçündür ki, ermənilər rusları söyürlər. Axı, bu torpaqları işğal edəndə də onların başı üzərində Kremlin kölgəsi vardı. O kölgənin dadı damaqlarında qalıb. Amma İrəvandakılar anlaya bilmirlər ki, indi zaman o zaman deyil. 

Erməni siyasi analitik Qraçya Qalustyan yazır ki, ermənilər bütün istiqamətlərdə yuzuya gediblər: “Artıq neçə gündür ki, Əliyev (Azərbaycan prezidenti nəzərdə tutulur-qeyd bizimdir) BMT də daxil olmaqla bütün tribunalardan qışqırıqla deyir ki, müharibə qaçılmazdır və buna görə bütün günahə Ermənistanın üzərinə yıxır. Paşinyan elə qorxaq cavab verdi ki, onun dediklərinə heç qulaq da  asmadılar. İndi də insan və ərazi itkiləri veririk. Düşmən sevinclə azad etdiyi kəndlərdən danışır, biz isə ölənlərimizi təsdiqləyirik”. Müəllif Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan prezidentinə, Türkiyənin müdafiə naziri Hulusi Akarın bizin müdafiə nazirimiz Zakir Həsənova zənglərini və Türkiyənin daim Azərbaycanın yanında olduğunu misal çəkərək  soruşur: “Hanı Putinin Armen Sarkisyana yaxud Mişustinin Paşinyana zəngləri? Şoyqunun Tonoyana zəngi? Bu o deməkdir ki, bizi satıblar. Putin Rusiyası Ermənistanın düşmənidir, həm də ikiqat təhlükəlidir, ona görə ki, özünü bizim müttəfiqimiz adlandırır. Bizə dost kimi başqa Rusiya lazımdır. Onun başında xalqımızın və dövlətimizin həqiqi dostu durmalıdır”.

“Mixail Delyaqin” adlı hansısa bir iqtisadçıya güvənməli olduqlarına bildirən Qalustyan onun dili ilə deyir ki, gərək Rusiya bu saat Azərbaycanın bütün neft-qaz kəmərlərini bombalaya, Azərbaycanın və Türkiyənin bütün aktivlərini dondura, bu ölkələrin Rusiyada yaşayan və işləyən nümayəndələrini ölkədən qova, Azərbaycan rəhbərliyinə atəşi dayandırmayacaqları təqdirdə 24 saat ərzində konfiskasiya edəcəklərini bildirə, Türkiyədəki Akkau atom-elektrik stansiyasının tikintisini ləğv edə və sairə. Bu cür hədyanlar yağdıran analitik reallıq hissini itirdiyindən dövlətlərarası münasibətlərin nədən irəli gəldiyini ya unudur, ya da sadəcə bu haqda anlayışı olmadığını büruzə verir, baxmayaraq ki, siyasi analitik adlanır.

Rusiya XİN rəhbərinin müavini Rudenkonun Qarabağda gedən döyüşlərlə bağlı xarici oyunçulara maksimal təmkinlilik göstərmək barədə çağırışına İrəvanda Rusiyanın növbəti qorxaq bəyanatı kimi yaxınlaşıblar. Halbuki, bir ildir ki, rus politoloqlar və rəsmi şəxslər elan edirlər ki, Qarabağda müharibə alovlansa Moskva işə qarışmayacaq, çünki, Azərbaycan öz ərazisində döyüş əməliyyatları aparacaq. Bundan nəticə çıxarmayan ermənilər indi Moskvanı günahlandırırlar.

Azərbaycanın ərazi bütövlüyünün bərpası günü uzaqda deyil. Amma buna sülhlə razılaşmayan Ermənistan və vaxtında tədbir görməyən Rusiya kifayət qədər sərvət və nüfuz itirəcəklər. Ermənistanın düşmənçiliyi onun hələ xeyli müddət blokadada qalacağını hədəfləyir. Rusiyanın isə Qafqazda mövqeləri xeyli zəifləyəcək və itirdiklərini başqa yerdə axtarmalı olacaq. Daha bir gərginlik isə Rusiya-Ermənistan arasında güclənəcək. Düzdür, ermənilərin Kremlin qərarlarına qarşı çıxmağa gücləri yoxdur. Buna görə də Rusiyadan asılılıqları son dərəcə artacaq və daha hüquqsuz vəziyyətə düşəcəklər.

N.NOVRUZ

Sizin Reklam Yeriniz