Əlaqə Arxiv
news Image
2020.09.28
16:43
| A A A
Rəşadətli Azərbaycan ordusu – Qələbə bizimdir!

Mənfur qonşumuz Ermənistan tərəfindən illərdir doğma torpaqlarımız işğal altındadır. Ermənistan tərəfi təcavüzkar siyasətindən əl çəkməyərək dəfələrlə Azərbaycan torpaqlarına acgözcəsinə göz dikmiş, mənfur siyasətlərini həyata keçirməyə cəhd göstərmişlər. Ermənistan hökuməti beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Azərbaycanın işğal altındakı torpaqlarında müxtəlif yerlərdən erməni ailələrini köçürərək məskunlaşdırmışdılar. Bununla kifayətlənməyərək zaman-zaman Azərbaycanla sərhəd rayonlarını iri çarplı odlu silahlardan atəşə tutaraq, hətta mülki əhalini belə hədəfə almaqdan çəkinməmişdilər. Biz bunun dəfələrlə şahidi olmuşuq. Cəbhədə baş verən son hadisələr isə bunun bariz nümunəsidir.
Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-si saat 06:00- dan etibarən erməni silahlı qüvvələri tərəfindən atəşkəs rejimi pozulmuşdur. Lakin Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan ordusu əks-hücuma keçərək öz torpaqlarının bütövlüyü uğrunda mübarizə aparmağa başladı. Qısa zaman ərzində rəşadətli Azərbaycan ordusu tərəfindən işğal altında olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhamlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, Ağdərə istiqamətində yerləşən Murov dağı silsiləsindəki yüksəklikdə yerləşən postlar düşməndən azad edilmişdir. 
Hadisələrin gedişatı onu göstərir ki, Ermənistanın 27 sentyabr tarixli hərbi əməliyyatı planlaşdırılmış təxribatdır və Ermənistan hakimiyyətinin əsas hədəfi Azərbaycan cəmiyyətində panika və təşviş yaratmaqdır. Lakin heç bir təxribat ordunun qələbə əzmini və xalqın ruh yüksəkliyini qıra bilməz. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verir. 
27 sentyabr tarixində baş vermiş hadisələr Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərdi. Hadisələr bir daha onu göstərdi ki, Ermənistan işğalçı dövlətdir.  Azərbaycan isə yalnız özünü müdafiə etmək üçün əks-hücum əməliyyatlarını həyata keçirib. Torpaqlarımızın işğaldan azad olunması isə ordunun ruh yüksəsliyini daha da artırır. 
İrəli rəşadətli Azərbaycan ordusu – Qələbə bizimlədir!

 

Sizin Reklam Yeriniz