Əlaqə Arxiv
news Image
2020.09.28
17:01
| A A A
Azərbaycan ordusu gücünü göstərdi!

Son günlərdə Azərbaycan ərazisində tarix yazılır.Qarabağ uğrunda gedən döyüşlərdə ordumuz şücaət göstərir.27 sentyabr saat 6 radələrində düşmən Ermənistan təxribatları nəticəsində cəbhədə sakitlik pozulmuş,həm mülki,həm hərbi şəxslər yaralanmış,obyektlər ciddi dərəcədə zərər görmüşdür.Məhz mülki əhalinin və mülki obyektlərin nişana alınması seperatçı qüvvənin əsl üzünü bütün dünyaya göstərmiş oldu.Goranboy,Tərtər,Ağdam istiqamətində törədilən təxribata ordumuz layiqincə cavab verilir,qızğın döyüşlər davam edir.
Cənab Prezidentimizin də söylədiyi kimi Azərbaycan öz torpaqlarında vuruşur.Dəfələrlə Ermənistan tərəfinə xəbərdarlıq edilməsinə baxmayaraq onlar öz məkrli siyasətlərini dəyişmədilər.Suriya və Yaxın Şərqdən terrorçu qüvvələrin Qarabağa sövq edilməsi,ordusunun çox hissəsinin muzdlulardan ibarət olması düşmən tərəfinin zəifliyindən xəbər verir.
Bütün bunlara baxmayaraq sərhədyanı ərazilərdə yaşayan əhali yaşayış yerlərini tərk etmir.Onlar son nəfəslərinə qədər ordumuzun yanında olduqlarını bildirir.Azərbaycan ordusu xüsusilə mülki əhalinin qorunması və mühafizəsi üçün əlindən gələni əsirgəmir.Düşmənə isə göz açmağa belə macal verilmir.
Cənab İlham Əliyev xalqa müraciət edib.Prezident işğal altından azad edilmiş kəndləri sadalayaraq əhalini və ordumuzu təbrik etdi.Əks hücumun nəticələrinin daha uğurlu olacağına inandığını bildirib.
Budur Azərbaycan ordusunun gücü.Azərbaycan bir daha sübut etdi ki,Cənubi Qafqazın ən güclü ordusuna malikdir.Azərbaycan Ermənistana qarşı tribunalın yaradılması üçün beynəlxalq təşkilatlara müraciət edir.
Dünya ölkələri cəbhədə baş verənləri diqqətlə izləyir və tərəfləri danışığa səsləyir.Lakin danışıqları pozanın ermənilər olduğunu nəzərə alsaq,Azərbaycan susmayacaq və lazımı cavabı verəcək.
Beynəlxalq müqavilələrin şərtlərini pozan Ermənistan əhalini hədəfə alır,təxribatlara davam edir.BMT qətnamələri isə kağız üzərində qalır.
Günel Məmmədova Nizami
Azərbaycan Dillər Universiteti tələbəsi,Nəsimi rayon gənci

 

Sizin Reklam Yeriniz