Əlaqə Arxiv
news Image
2020.09.28
17:22
| A A A
Uğurlu siyasətin nəticəsi
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib.
      1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnib.
       Ermənistan silahlı qüvvələri 27 sentyabr səhər saatlarından başlayaraq  bir neçə istiqamətdən  Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq, mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçib. Ermənistan bu siyasəti məqsədyönlü şəkildə həyata keçirərək bütün dünyada özünü rasist siyasət yürüdən ölkə kimi tanıdır. Ermənistanın siyasi tarixi falsifikasiya və müxtəlif təxribatlar üzərində qurulub. Tarix boyu həyata keçirilən bu siyasətin davamı olaraq Ermənistan bu gün də  iyrənc təxribatlarına davam edir.  
     Bütün bunlara baxmayaraq   Şanlı Azərbaycan Ordusu  həmişəki kimi düşmən  təxribatının qarşısını almış və Azərbaycan Ordusunun  komandanlığı tərəfindən verilən qərara əsasən qətiyyətli şəkildə bütün cəbhə boyu ərazilərdə əks – hücum əməliyyatına başlamışdır. 
      Qoşunlarımızın müxtəlif bölmələrinin, Ordumuzun peşəkar şəxsi heyətinin və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə yerləşən hərbi əraziləri aşkar edilir və orada yerləşən çoxsaylı döyüş texnikaları hədəfə alınaraq  məhv edilir. Bunu təsdiq edən videoçarxlar Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə təqdim olunmuşdur. 
     Rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində işğal altında olan Füzuli rayonun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı və Aşağı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonun Böyük Mərcanlı və Nüzgar kəndləri, Goranboy istiqamətində yerləşən Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub. 
  Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı ordu quruculuğuna xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Azərbaycan Ordusunun bu günkü qələbəsi ölkə başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticədir.
      Abbaszadə Nəsir 
      Nəsimi RİH könüllüsü
Sizin Reklam Yeriniz