Əlaqə Arxiv
news Image
2020.09.28
16:30
| A A A
"Qalxdı zəfər atı Vətən göyünə"

 Şanlı Azərbaycan! Ana yurdum! Səbirsizliklə gözlədiyimiz gün gəlib çatdı .At belinə qonan igidlər,gürz atan, od qalayib el səsləyən,qopuz çalıb, haray edən Vətən səsləri ....Gəldik harayıniza .Gəldik yel kimi, gəldik şimşək kimi , çaxdıq vətənin göylərində! 
Eşq olsun vətən göylərində çapan Zəfər atına!
     Sentyabr ayının 27-si yazıldı tarixə "Zəfər günü" tək. Səhər tezdən inam yerimiz, güvən dayağımız, Azərbaycanın mərd oğlu, güclü, siyasi baxışları ilə daima hər bir qaranlıq sahəyə işıq bəxş edən, nur bəxş edən, ölkə lideri, Ali Baş Komandan, cənab İlham Əliyevin qətiyyətli çıxışı qəlbimizə fərəh, gözümüzə nur ələdi.
     Belə bir çətin dönəmdə, çaxnaşan dünyanın hayı özünə qarışan zamanda erməni qəsbkarlarının tərsə ilişən baxışları yenə torpaqlarımıza yönəldi . Yenə cəbhəyanı sahələrimiz atəşə məruz qaldı .Qalxdı Azərbaycan, o ağır pəncəsi ilə susdurdu üstümüzə açılan hər bəd niyyəti. Cəbhədən gələn qələbə soraqları qaysaq tutmayan yaralarımıza bir məlhəm oldu. Səsimiz haqq səsidir.Ucaldıqca ucalır. Hörmətli prezidentimizin fikirlərindən qaynaqlanıb bildirmək istəyirəm ki ,Azərbaycan artıq güclü bir dövlətdir. Güclü,tam müasir tələblərə cavab verə bilən bir ordu yaradılıb ki, həm qüvvə, həm tutduğu mövqe baxımından kəc baxan hər kəsi, hər dövləti yerində oturda bilər. Biz heç kimin torpaqlarına göz dikməmişik. Hər zaman mehriban, xeyirxah qonşu olmuşuq. Mərhəmətimizdən istifadə edib, hiyləgər sima taxan erməni qəsbkarları bizə düşmən kəsildilər. Dəfələrlə  dünya siyasi baxışlarına istinad edərək çağrılan danışıqlar zamanı, hər yağan hiyləsi ilə önümüzdə durmaqdan qaçdılar. Dünyanı aldatmağa çalışan təxribat toxumunu hər tərəfə səpdilər. Amma bir şeyi yaddan çıxardılar ki, yalan səpilən toxumalarına Azərbaycan öz doğruları ilə gəldi. Artıq dünya bu təxribatcıları yaxşı tanıyır.
Artıq doğru olanlarla haqq yolundayıq.Qələbə bizimdir,zəfər bizimdir! Qarabağ Azərbaycandır!Yaşasın Azərbaycan Xalqı !Var olsun ,Azərbaycan Ordusu ! Ali Baş Komandan ,biz hər zaman Sizinləyik.Xos soraqli mujdəli xəbərləri hər zaman eşitmək istəyirik.Biz Sizinlə fəxr edirik ,güclü ,şanlı ordumuz! Zəfər bizimlə!

 Ağalarova Təranə 
Nəsimi rayon təhsil işçisi

Sizin Reklam Yeriniz