Əlaqə Arxiv
news Image
2020.09.28
18:44
| A A A
Qarabağ Azərbaycanın bölünməz parçasıdır!
Ermənilər Qarabağın dağlıq hissəsində 1923-cü ildə sovet rəhbərliyi tərəfindən yaradılmış muxtar qurumu daima Azərbaycandan ayırmağa çalışmışlar. 1980-ci illərin sonlarında onların mövcud olan şəraitdən istifadə edərək fəallaşması Dağlıq Qarabağın və ətraf rayonların müvəqqəti olaraq itirilməsi ilə nəticələndi.
     Elan edilməmiş Qarabağ müharibəsində atəşkəs əldə olunduqdan keçən müddət ərzində Azərbaycan rəhbərliyi və ictimaiyyəti münaqişənin sülh yolu ilə həll edilməsinə üstünlük vermişdir. Bununla belə Azərbaycan dövləti iqtisadi, hərbi cəhətdən getdikcə qüvvətlənir və lazım gəlsə, qətiyyətli addımlarla düşməni güzəştə getməyə məcbur etmək hüququnu özündə saxlayır.
     Azərbaycan xalqı artıq 30 ildir ki, müharibənin həll yolunu gözləyir. Xalqımız Ali Baş Komandanımızın döyüş əmrini səbrsizliklə gözləyirdilər. İyul hadisələrindən aldıqları cavablardan sonra qıcıqlanan ermənilər 27 sentyabr 2020-ci ildə yenidən təxribat törədərək cəbhəyanı bölgələrimizi atəşə tutdular. Ancaq bu təxribat da uğursuz oldu. Düşmən dərhal susdurularaq öz cavabını layiqincə aldı. Ermənistan xalqı artıq dərk etməlidir ki, onların qarşısında əvvəlki Azərbaycan Ordusu yoxdur! Onların qarşısında güclü və rəşadətli Azərbaycan Ordusu var! 
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəsarətli çıxışı xalqımızın ürəyində  qürur hissi oyatdı. Prezidentimiz öz xalqımızı 7 kəndin azad olunması münasibətilə səmimi qəlbdən təbrik etdi. O öz danışığında bir daha vurğuladı ki, Qarabağ Azərbaycana aiddir və Azərbaycanın bölünməz parçasıdır!
Nəsimi rayon gənci 
Hüseynli Elşən Adil oğlu
Sizin Reklam Yeriniz