Əlaqə Arxiv
news Image
2020.09.28
20:27
| A A A
Şanlı Ordumuzun yanındayıq!

Bildiyimiz kimi uzun illərdir ki, Azərbaycan ərazisinə aid olan torpaqlar erməni əsarəti altındadır, lakin hər birimiz vətənpərvər ruhlu insanlar olaraq bilirdik ki, bir gün mütləq haqq-ədalət yerini tapacaq .
    Azərbaycanın  bir parçası olan bu torpaqların qəlbi hər zaman vətəni üçün döyünüb. Bu gün 27 sentyabr 2020-ci il Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandılığı tərəfindən qoşunlarımıza bütün cəbhə boyu əks-hücum əməliyyatı başlanması barədə qərar verilib.
   Həmçinin ordumuzun şəxsi heyəti və tank bölmləri tərəfindən  raket-artilleriya qoşunlarının  bölümləri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edilir və onların hərəkət trayektoriyasına nəzarət aparılır.
    Düşmən hər yerdə öz fitnəsini işə salır.Gücü heç zaman Azərbaycan ordusuna və xalqına çatmayacaq. Biz gənclər öz dövlətimizin, xalqımızın, prezidentimizin yanındayıq  və onlara bir daha həmrəyliyimizi bəyan edirik.
    Azərbaycanın iqtisadi və hərbi cəhətdən güclü dövlətə çevirilməsi düşmənlərimizə böyük zərbə dostlarımıza isə böyük sevinc bəxş edir.
    Azərbaycan  Ordusu  bir–birinin ardınca elə qələbələrə imza atıb ki, artıq Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməkdən başqa çıxış yolu tapmır.
   27 sentyabr 2020-ci il tarixə yazıldı və ordumuzun gücünü bir daha sübüt etdi ki, 30 ildir ki düşmən işğalında olan torpaqlar bizimdir və bizim olacaq .
Və 7 kənd, Murov dağ zirvəsi necə işğaldan azad edildisə orada üç rəngli bayrağımız dalğalandısa, Qarabağda, Şuşada,Xankəndidə də dalğalanacaq.

Günel Fərəczadə
Nəsimi RİH könüllüsü

Sizin Reklam Yeriniz