Əlaqə Arxiv
news Image
2020.09.28
19:42
| A A A
Azərbaycan haqq yolundadır

Vətən doğulub, böyüdüyümüz yurdumuz,yuvamızdır. Bizim vətənimiz Azərbaycanımızdır.Azərbaycanın tarixi danılmazdır. Tariximizə nəzər salsaq torpaqlarımızın bir çox hissəsinin mənfur düşmənlər tərəfindən işğalını görərik.  Əsrlər boyu,ən ağrı-acılı dövrlərdən isə XIX-XX əsrlərdə Azərbaycan tarixinin ən faciəli səhifələri tariximizə həkk olunub. Azərbaycanın tutduğu mühüm geostrateji mövqe, onun zəngin təbii sərvətləri regionda maraqları olan qüvvələri azərbaycanlıların öz tarixi torpaqlarından zorla köçürülməsinə ,torpaqlarımızın işğalına,neçə-neçə gühansız oğullarımızın,qızlarımızın şəhidlik zirvəsinə ucalmasına sövq etmişdir.Bir çox  siyasi məqsədlərin həyata keçirilməsi üçün Azərbaycanın ərazisi bölünüb-parçalanmış,xalqımız şiddətə məruz qalmışdır. XIX əsrdən başlayaraq bu siyasi xəttin gerçəkləşməsində erməni faktoru əsas amillərdən birinə çevrilmişdi. Kimin ağlına gələ bilərdi ki, bir süfrədə çörək kəsdiyimiz,daima dost bilib yanlarında olduğumuz mənfur ermənilər bir gün bizim torpaqlarımıza göz dikəcək. ermənilərin tarixi Azərbaycan torpaqlarında, xüsusən Azərbaycanın öz torpaqları olan Qarabağ və İrəvan  ərazisində kütləvi şəkildə yerləşdirilməsi ilə bünövrəsi qoyulmuş bu problem XX əsrdə özünü bir neçə dəfə büruzə verərək torpaq iddiaları üçün zəmin yaratmışdır. Bu torpaq iddiaları bəzi qüvvələr tərəfindən erməni-azərbaycanlı qarşıdurması kimi qələmə verilirdi.Bu günə qədər olan bir çox konfranslarda,iclaslarda sübut olunub ki,Qarabağ Azərbaycanın torpağıdır. Azərbaycanlılar ermənilər tərəfindən törədilmiş hər cür haqsızlıq və vəhşiliklərə dəfələrlə məruz qalsalar da, həmişə xalqımıza xas olan tolerantlıq-böyük dözüm və xeyirxahlıq nümayiş etdirmiş, tarixin hökmü ilə qonşu yaşamağa məhkum edilmiş iki xalq arasında normal münasibətlərin bərqərar olması üçün əlindən gələni etmişdir. Lakin mənfur düşmənlərdə mədəniyyətin olmaması onları mundar işlərindən geri saxlamamışdır. İşğal etdikləri ərazilərimizdə Azərbaycanımızın dilbər güşələri olan tarixi abidələrimizi,tikililərimizi darmadağın etmişlər. Lakin bütün bunlar belə dünyaya sübut etdi ki,işğal olunmuş ərazilər məhz Azərbaycanın öz torpağıdır. Biz haqq yolundayıq. Biz –Azərbaycan xalqı,heç kimdən artıq nəsə istəmirik,heç kimin torpağında gözümüz yoxdur. Biz sadəcə ədalətin tərəfdarıyıq.Biz sadəcə bizim olanı istəyirik. Qarabağımızı istəyirik. Və bu arzumuzu güc birliyi ilə reallaşdıracağıq.Çox az qaldı.
   Cənab prezidentimiz,Ulu öndərimiz Heydər Əliyevin davamçısı İlham Əliyevində dediyi kimi “Biz haqq yolundayıq.Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir,Qarabağ Azərbaycandır!”

Hülya Xəlilova 
Yap Nəsimi Gənclər Birliyi fəalı

Sizin Reklam Yeriniz