Əlaqə Arxiv
news Image
2020.09.28
21:15
| A A A
Düşmənin növbəti provakasiya siyasəti

Azərbaycana qarşı Ermənistanın növbəti təxribatlarından biri 27 sentyabr səhər saatlarından başlamış və cəbhə boyunca baş vermiş hadisələrə görə  bütün  məsuliyyət Ermənistan hökumətinin üzərindədir. Prezident İlham Əliyev 27 sentyabrda və yaxın zamanlarda baş tutmuş beynəlxalq görüşlərdə   Ermənistanın hərbi təxribatları haqqında çıxış etmiş və hər kəsi bir daha məlumatlandırmışdır.  Cənab Prezident İlham Əliyev tərəfindən bu təxribatlara qarşılıq olaraq əks-hücum tapşırığı verilmiş və ordumuzun qətiyyətli mübarizəsi nəticəsində işğal altındakı bir neçə kəndlər düşməndən geri alınmışdır və düşmənin bir neçə canlı qüvvəsi,hərbi bazaları,hərbi texnikaları məhv edilmişdir. Həmçinin düşmən hər zaman olduğu kimi ilk növbədə mülki insanları ataşə tutmağa başlamışdır.Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz ,Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt,Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında ,həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Lakin bu bəd niyyətli təxribatlara baxmayaraq sərhədə yaxın ərazilərdə yaşayan vətəndaşlarımız düşmənin atəş açdığı ağır silahlardan qorxmayaraq mərdcəsinə ordumuza və dövlətimizə öz dəstəklərini nümayiş etdirirlər. Azərbaycan ordusu düşməndən fərqli olaraq mülkü insanlara atəş açmır və beynəlxalq qanunlara əməl edir. Ermənistanın bu  təxribatları danışıqlar  prosesini bilavasitə pozmağa xidmət edir və müharibə törətməyi hədəfləyir. İyul, avqust və sentyabr aylarında da  rəsmi Yerevanın hərbi təxribatları Qafqaz bölgəsində sülhün, əmin-amanlığın pozulmasının əsas səbəblərindəndir.Qəbul edilmiş beynəlxalq qətnamələrə əməl etməyən Ermənistan işğalçılıq siyasətini davam etdirmək niyyətindədir və bu işğalı həyata keçirmək üçün müxtəlif ölkələrdə yaşayan erməni mənşəli əhalini və terroristləri döyüş torpaqlarına gətirmişdir.
   Ermənistanın bu təxribatları Azərbaycanın ərazi bütövlüyünün bərpasına heç bir maneə törədə bilməyəcək.

Zidan Həsənli
Nəsimi RIH könüllüsü 

Sizin Reklam Yeriniz