Əlaqə Arxiv
news Image
2020.09.28
21:50
| A A A
Ordumuzun yüksək döyüş əzmi bu gün öz sözünü deyir
Sentyabrın 27-də, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
    Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var.
    Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
    Ermənistanın təxribat xarakterli hərakatı ordumuzun şücaəti nəticəsində uğursuzluqla nəticələnmişdir. Cənab prezidet İlham Əliyevin uğurlu siyasəti nəticəsində milli ordumuz Qarabağ uğrunda qətiyyətlə mübarizə aparır. Nəticədə 7 yaşayış məntəqəsi, 2 yüksəklik işğaldan azad olunmuşdur. Düşmənlə mübarizə hələ də davam edir. Bu əks- hücum erməni mülki əhalisinin Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsi üçün ən yaxşı çıxış yoludur.
Erməni mülki əhalisi üçün Azərbaycanın işğal olunmuş ərazilərini tərk etmək ən yaxşı çıxış yoludur. Xalqımız inanır ki, bu mübarizə bizim qələbəmizlə başa çatacaq.
    Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın sosial media hesabından etdiyi açıqlamada “Ermənistanın Azərbaycana qarşı hücumunu şiddətlə qınayırıq. Bu hücumların qarşısında Türkiyə Azərbaycanın yanındadır” deyib.
   “Ermənistan mülki yaşayış məntəqələrinə hücum edərək atəşkəsi pozub, sülh və sabitliyə qarşı olduğunu bir daha nümayiş etdirib. Beynəlxalq ictimaiyyət bu təhlükəli təxribatı dərhal dayandırmalıdır.
    Türkiyə bu hücumlar qarşısında Azərbaycanın yanındadır.
    Hücumlarda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir”, - deyə İ.Kalın qeyd edib.
    Azərbaycan işğalçı Ermənistandan fərqli olaraq hərbi əməliyyatlar zamanı Cenevrə konvensiyaları da daxil olmaqla beynəlxalq humanitar hüququn müddəalarının tələblərinə riayət edir.
   Ermənistan ordusu özünün atəş nöqtələrini qəsdən mülki əhalinin yaşayış yerlərinin içərisində və yaxınlığında yerləşdirir.
   Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cəbhədəki vəziyyətlə əlaqədar Azərbaycan xalqına müraciət edib.
   Prezident İlham Əliyev bilidirib ki, bu gün səhər saatlarında Ermənistan Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda hərbi mövqelərimizi atəşə tutub.
   Prezident deyib ki, düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. “Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq”,-deyə Prezident əlavə edib.
   Ali Baş Komandan vurğulayıb ki, Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir: “Bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikası sıradan çıxarılıb”.
   Düşmən hücumunun qarşısının alınması məqsədilə həyata keçirdiyimiz əks-hücum əməliyyatı uğurla davam edir. Gərgin döyüşlər gedir.”
   Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir. 
Orxan Abasov
Nəsimi RİH könüllüsü
Sizin Reklam Yeriniz