Əlaqə Arxiv
news Image
2020.09.29
09:45
| A A A
Hərbi Hava Qüvvələrimizdə F-16 qırıcıları yoxdur - RƏSMİ

“Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil”

Mövqe.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır:

"Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil".

Sizin Reklam Yeriniz