Əlaqə Arxiv
news Image
2020.09.29
12:45
| A A A
XİN və Baş Prokurorluq birgə bəyanat yayıb
Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluq erməni silahlı qüvvələrinin sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı növbəti təxribatı ilə bağlı birgə bəyanat yayıb.
Mövqe.az-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, ermənilər beynəlxalq humanitar hüququ və Cenevrə konvensiyasını kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisini və mülki obyektləri atəşə tutub.
Bildirilib ki, nəticədə 10 nəfər mülki şəxs həlak olub, 30 nəfər yaralanıb.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bu cinayətləri ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun cinayət işləri açılıb:
"Bütün bunlar Ermənistan silahlı qüvvələri tərəfindən törədilən müharibə cinayətidir. Ermənilər məqsədli şəkildə mülki əhalini və obyektləri atəşə tutur. Beynəlxlaq ictimaiyyət Ermənistanın bu cinayət əməllərini pisləməli və onun qarşısını almaq üçün tədbirlər görməlidir".
Sizin Reklam Yeriniz