Əlaqə Arxiv
news Image
2020.09.29
18:57
| A A A
Azərbaycan xalqı haqq uğrunda mübarizəyə dəstəkdir
27 sentyabr 2020-ci il səhər saatlarından etibarən Ermənistan hərbi qüvvələri atəşkəs rejimini pozaraq cəbhə yanı yaşayış məntəqələrini və mülki əhalini ağır silahlarla atəşə tutmuşdur. Azərbaycan Silahlı qüvvələri keçirdiyi əks-hücum əməliyyatı ilə düşmənə layiqli cavab verməyə davam edir. 
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəbhədəki, son vəziyyətlə əlaqəli Azərbaycanda Hərbi vəziyyət elan olunması ilə bağlı fərman imzalayıb. Bu fərman ölkədə xalq, dövlət və ordu birliyinə  işarə edir. Eyni zaman da ölkə də hərbi vəziyyət elan olunması erməni təxribatlarına adekvat cavabdır, erməni işğalının qarşısı alınması siyasətinin davamıdır . Yaşından və sosial statusundan asılı olmayaraq minlərlə insanın könüllü olaraq orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübutu edir. “ Azərbaycanda Hərbi Vəziyyət ” elan edilməsi haqqında Fərmanın tələblərinə riayət etmək artıq hər bir vətəndaşın borcudur . 
   Ölkədə hərbi vəziyyət elan olunması və Azərbaycan Respublikasının Prezidentinin sözügedən Fərmanın xalq tərəfindən  dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesajdır. Bütün dünya Azərbaycan xalqının ruh yüksəkliyinin və haqq uğrunda mübarizəyə dəstəyinin şahidi olmuşdur.
   Azərbaycan dövləti Ermənistandan fərqli olaraq işğalçılıq siyasəti yürütmür, öz torpaqları uğurunda mübarizə aparır. Dözümlülük, sülh və mədəniyyətlər arası dialoq bütün dövrlərdə olduğu kimi bu gün də siyasi və mənəvi dəyərlərdəndir. Azərbaycan həmin dəyərlərin qorunması naminə bu gün öz ədalətlı mübarizəsini aparır . Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyinin şahididir.Ölkənin tarixində ilk dəfə 50 siyasi partiya rəhbəri Ali Baş Komandan,Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyin ən ali təcəssümüdür. 
   “ Hərbi Vəziyyət elan edilməsi haqqında “ Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ona dəlalət edir ki, Azərbaycan höküməti və Azərbaycan xalqı artıq öz seçimini edib, bu seçim haqqın və tarixi ədalətin  bərpa olunması qərarıdır. 
 Məmmədova Simranə Cavanşir qızı 
Nəsimi rayon gənci 
Sizin Reklam Yeriniz