Əlaqə Arxiv
news Image
2020.09.29
21:34
| A A A
Ölkənin siyasi partiyaları Prezidentin yanındadır
Bir neçə gündür ki, Ermənistan ordusuna  sarsıdıcı zərbələr vuran Silahlı Qüvvələrimiz 27 ildən artıqdır ki, işğal altında olan Füzuli rayonunun beş və Cəbrayıl rayonun iki kəndini azad edib. Hazırda digər ərazilərimizin də işğaldan azad edilməsi uğrunda döyüşlər davam edir. Erməni hərbçiləri Azərbaycan ordusu qarşısında davam gətirə bilmir, ağır itkilər verərək silah-sursatını atıb qaçırlar.
Belə çətin  və ağır bir məqamda, Vətənimizin, xalqımızın taleyüklü problemlərinin  həllində  kimliyindən  və siyasi əqidəsindən asılı olmayaraq hər birmiz Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməli, düşmənə layiq  olduğu yerin göstərilməsində köməyimizi əsirgəməməliyk. Axı, bütün dünyaya da bəllidir ki, biz öz torpağımızda döyüşürük. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Bu günlərdə  Azad Respublikaçılar Partiyasının da həmrəy olduğu 50 siyasi partiya birgə bəyanat verərək dövlət başçımızın yanında olduğunu, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda sona qədər birlikdə mübarizə aparacağını bildirmişdir.  Xatırladım ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və Azərbaycan - Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar ilə əlaqədar Azərbaycanda qeydiyyatda olan və fəaliyyət göstərən 43 siyasi partiya tərəfindən milli həmrəyliyə dair bəyanat qəbul edilmişdi. Bu, ölkəmizin siyasi həyatında ilk belə hadisə idi. Bu həmrəylik dövlətimizin başçısına olan inam və etimadın göstəricisi idi. Bu dəfə isə artıq 50 siyasi partiya həmrəylik nümayiş etdirirb.   Siyasi partiyaların belə bir gündə birlik və bərabərlik nümayiş etdirmələri, xalqın, dövlətin, Ali Baş Komandanın yanında olmaları, hamıya nümunə olmalıdır. Bu, həm də siyasi həmrəyliyin, Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür.
Azərbaycan daim  ədalətli və məsuliyyətli mövqe nümayış etdirir, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarı olduğunu bəyan edir.  Siyasi partiya rəhbərlərinin birgə bəyanatında Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi  Azərbaycanın ədalətli mövqeyindən xəbər verir.
Ermənistanın təxribatlarına susmaq və onları qınaq predmetinə çevirməmək  siyasi  riyakarlığın, ikili standartların  təzahürüdür.   Siyasi partiya rəhbərləri öz birgə bəyanatlarında Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasını  kəskin pisləyir və  özlərini insan hüquq və azadlıqlarının, demokratiya tərəfdarları kimi təqdim edən beynəlxalq təşkilatlardan, xüsusilə ATƏT-in Minsk qrupundan  adekvat tədbirlərin görülməsini tələb edirlər. Ermənistanın atəşkəsi mütəmadi pozmasına, sərhədboyu ərazilərdə təxribatlar törətməsinə laqeyd münasibət və sanksiyaların tətbiq olunmaması beynəlxalq  təşkilatlara olan inamı heçə endirir.  
Ölkənin 50 siyasi partiyası Prezident, Ali Baş Komandan  İlham Əliyevin yanında olduqlarını bir daha bəyan edir. Bu, indiki məqamda  milli və siyasi həmrəyliyin parlaq göstəricisidir.
Təəssüf ki, Vətənimizin və xalqımızn taleyüklü problemlərinin müdafiəsində yenə də radikal müxalifət öz maddi maraqlarına üstünlük verdi və siyasi partiyaların həmrəylik çağırışına qoşulmadı. Özlərini xalqın, millətin yanında olduqlarını göstərməyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası təəssüflər olsun ki, Vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Ali Baş Komandanın bu sahədə həyata keçirdiyi siyasəti dəstəkləməmələri onların səmimi olmadıqlarını və əsl simalarını göstərir.
Biz birlikdə hər şeyə qalib gələcəyik və torpaqlarımızı düşməndən azad edəcəyik. O gün lap yaxındadır.
Azər Hüseynov 
Nəsimi rayon sakini
Sizin Reklam Yeriniz