Əlaqə Arxiv
news Image
2020.09.29
23:58
| A A A
Siyasi partiya rəhbərləri prezidentin fikrini hər zaman dəstəkləyir

   Hər birimiz bilirik ki, Ermənistan dövləti tarix boyu həmişə təxribatlara əl atırlar. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən 52siyasi partiyanın 50-nin birgə bəyənatı təkcə xalqla hökumətin bərabərliyindən xəbər vermir, bu eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür. Ermənistanın işğalçı siyasətinə xalq etiraz edir və bu da ölkə  siyasətçilərini birləşdirir. Siyasi partiyaların rəhbərləri isə öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır. Mülkü əhalinin yaşadığı kəndlərin  bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir. Rəsmi  Yerevanın bəyanatları, eləcə də yürüdülən təxribat siyasəti daxili sosial narazılıqların baş verməsinə səbəb olur. Siyasi partiya rəhbərlərinin öz birgə bəyanatında Ermənistanda yaşanan problemləri sadalayır və ictimai diqqətin yayındırılması üçün erməni iqtidarının hərbi təxribatlar ilə məşğul olduqlarını bildirirlər. Erməni hökuməti daxili siyasi mübarizəni  arxa plana çəkmək məqsədilə cəbhə xəttində atəşkəsi pozur. Ermənistanın siyasi elitasının məsuliyyətsiz bəyanatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir.
   Siyasi partiyanın rəhbərləri dövlət başçısının fikrini dəstəkləyir və Status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirirlər.
   Azərbaycan ədalətli və məsuliyyətli mövqe nümayiş etdirir. Siyasi partiya rəhbərlərinin öz birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin:”Bizim Ermənistan torpaqlarında siyasi və hərbi maraqlarımız yoxdur”-fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutdurması haqqında xəbər verir.
   Ermənistan hər zamanki kimi yenə də sülhü və beynəlxalq hüququ rədd edir. Atəşkəsin mütəmadi pozulması və məsuliyyətsiz bəyanatlar Ermənistana qarşı beynəlxalq inamı azaldır və onun bütün regional layihələrdən kənarda qalmasına səbəb olur.
   Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasını qınayır və onlardan adekvat tədbirlərin görülməsini tələb edirlər.


Nəsimi rayon gənci 
İbadova Günay Elşən qızı.

Sizin Reklam Yeriniz