Əlaqə Arxiv
news Image
2020.09.29
21:19
| A A A
Azərbaycanın Baş Naziri Türkiyənin Vitse-prezidenti ilə telefonla danışıb

Bu gün Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktay Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova telefonla zəng edib.

Nazirlər Kabinetindən Mövqe.az-a verilən məlumata görə, F.Oktay Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş torpaqların azad edilməsi işində Türkiyənin Azərbaycanın yanında olduğunu və hər cür yardım göstərməyə hazır olduqlarını bildirib.

Ə.Əsədov Türkiyə Respublikası rəhbərliyinin bütün səviyyələrdə Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlərə dair məsələləri müzakirə ediblər.

Sizin Reklam Yeriniz