Əlaqə Arxiv
news Image
2020.09.30
14:13
| A A A
Polad Bülbüloğlu: “Bu faciənin günahkarı Nikol Paşinyandır”
“Türkiyə rəhbərliyində təmsil olunan siyasətçilər kifayət qədər praqmatik insanlardır, onlar Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nə olduğunu bilirlər. KTMT niyə münaqişəyə müdaxilə etmir? Çünki döyüşlər Azərbaycan ərazisində gedir. Əgər KTMT müdaxilə etsə, bizim müttəfiqimiz Türkiyə də müdaxilə edə bilər”.
Mövqe.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu ölkənin RBC telekanalına müsahibəsində deyib.
“Nikol Paşinyan bu faciənin günahkarıdır. Fikrimcə, kiçik ərazidə Türkiyə ilə Rusiyanı toqquşdurmaq cəhdi var. Paşinyanın komandası qərbyönümlüdür və müəyyən sifarişi yerinə yetirir”, - səfir vurğulayıb.
Sizin Reklam Yeriniz