Əlaqə Arxiv
news Image
2020.09.30
21:08
| A A A
Pakistan qardaş ölkə kimi yanımızdadır

Cənab Prezidentimizin qeyd etdiyi kimi : “Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir və bu qarşılıqlı dəstək bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir.” 
Bildiyimiz kimi, Pakistanın Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat vermişdir. Bu bəyanat bizim haqq işimizi tam dəstəkləyir. Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata başladı. Bu da onların işğalçı siyasətinin davamıdır.  Azərbaycan Ordusu cavab tədbiri görməli onlara adekvat cavab verdi. Onların müdafiə nazirinin əvvəl bəyan etdiyi kimi, yeni əraziləri işğal etmək planları uğursuzluğa düçar oldu. Azərbaycan Ordusu bir daha öz gücünü nümayiş etdirdi və erməni ordusu təxribatı dayandırmaq və etdiklərindən peşmançılıq keçirmək məcburiyyətində qaldı. Təəssüf ki, onların işğalçı və Azərbaycanofobiya siyasəti davam edir. 
Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı davam edir, işğal altındakı bir çox ərazilərimiz mənfur düşmənlərdən təmizlənmişdir.
 Cənab Prezidentimizin dediyi kimi: “Biz öz torpağımızda döyüşürük. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır.” 
Azərbaycan öz torpağını qorumağa qadirdir, çünki Azərbaycanın qətiyyətli Prezidenti və güclü Ordusu var.

Sədaqət Həsənova
Nəsimi rayon sakini
 

Sizin Reklam Yeriniz