Əlaqə Arxiv
news Image
2020.09.30
23:10
| A A A
Pakistan və Azərbaycanın sarsılmaz və ikitərəfli güvənə əsaslanan diplomatik əlaqələri

Pakistan ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər çox uzun əsrlərə dayanır və Bakıdakı Multani Karavansarayı hər iki xalqın paylaşdığı qədim tarixi əlaqələrindən birinin sübutudur. Azərbaycan müstəqillik qazandıqdan bəri İslamabad və Bakı lazım olduğu yerdə və nə vaxt olursa olsun bir-birlərinin yanında dururlar. İkitərəfli diplomatik münasibətlərinin hörmət, sevgi və etimad prinsipinə əsaslandığını, Baş nazir İmran Xanın dövrü ərzində keçmiş münasibətlərin yeni bir anlaşma səviyyəsinə çatdığını və 2019-cu ilin iki ölkə üçün çox məhsuldar olduğunu da xatırlatmaq yerinə düşərdi. Hər il keçirilən dünyəvi qurultaylarda Azərbaycan Kəşmir böhranları zamanı Pakistana təmənnasız dəstək olur və həmçinin Pakistan da mövcud olan bütün beynəlxalq forumlarda Azərbaycanla olan diplomatik və güvənə əsaslanan bağlılığını qürurla nümayiş etdirir. 
Pakistan Prezidenti Dr Arif Alvinin 2019-cu ildə Bakıya səfəri hər iki ölkəni daha da yaxınlaşdırmaq üçün həlledici rol oynadı. Bu səfərdən əvvəl Prezident Dr Alvi'nin 25 iyun 2019-cu il tarixində İslamabadda Azərbaycan səfiri Əli Fikrət Oğlu Əlizadə ilə görüşməsinin də ikilinin diplomatik münasibətlərinə əhəmiyyətli təsiri olmuşdur. Bu görüşdə Prezident Alvi Pakistan ilə Azərbaycan arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndiyini, qarşılıqlı ticarətin artdığını və Pakistandan minlərlə turistin qardaş ölkəyə getdiyini bildirdi. 28 oktyabr 2019-cu il tarixində Bakıda Azərbaycan mediasına müsahibə verərkən Prezident Alvi, Azərbaycan və Pakistanın ikitərəfli münasibətlərinin Pakistan üçün böyük əhəmiyyətə malik olduğu mövqeyini təkrarladı. O, Azərbaycan hökumətinin və xalqının Kəşmir məsələsindəki dəstəyini yüksək qiymətləndirdi. 
Prezident Pakistanın Azərbaycan xalqına və dövlətinə olan sevgisinə və hörmətinə görə Ermənistanı tanımayan yeganə ölkə olduğunu bildirdi. Hər iki ölkə Kəşmir və Dağlıq-Qarabağ mübahisələri ilə əlaqədar prinsipial mövqeləri üçün ikitərəfli, regional və beynəlxalq səviyyələrdə güclü qarşılıqlı dəstəyi qoruyurlar. Pakistan hər il qara Yanvar ayını böyük hüznlə anır və hər zaman azərbaycanlı qardaş və bacılarına qarşı həmrəyliyini davam etdirir və etdirəcəkdir. Pakistan və Azərbaycan düşmənləri hər zaman bu sarsılmaz və möhkəm münasibətlərə xələl gətirməyə çalışırlar, lakin hər iki ölkə mənfur düşmənlərə yenilmir və düşmənlərini hər zaman məğlub edirlər. Pakistan hər zaman qeyd-şərtsiz Azərbaycanı dəstəkləmişdir, xüsusən də Azərbaycan üçün son dərəcə vacib olan Dağlıq Qarabağ məsələsində. Öz növbəsində, əlbəttə ki, Pakistan Kəşmir də daxil olmaqla bütün beynəlxalq forumlarda Azərbaycan tərəfindən dəstəklənmişdir. Keçmiş diplomat və halhazır ki səfir Əmcad Məcid Abbasi Azərbaycan və Pakistan münasibətlərini şərh edərkən hər iki ölkənin köklərini türklərlə bölüşdüyünü (paylaşdığını), bu səbəbdən Türk mədəniyyətinin həyatlarının hər sahəsində üstünlük təşkil etdiyini və Azərbaycan millətinin fəxr edən çalışqan və möhkəm insanlar olduğunu bildirmişdi. 
Səfir Əmcad - "Onlar şərəfli insanlardır və Pakistanın erməni məsələsindəki qeyd-şərtsiz dəstəyini heç vaxt unutmayıblar"- deyə öz çıxışlarından birində fəxrlə qeyd etmişdir.
23 sentyabr 2019-cu il tarixində Pakistan Xarici İşlər Naziri Şah Mahmud Qurashi OlC qrupu iclasında çıxış edərkən bildirdi ki, dünya Azərbaycan ərazilərini boşaltmaq , Azərbaycan millətinə qarşı təcavüzü dayandırmaq və Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan dərhal geri çəkilməsini sürətləndirmək üçün Ermənistana təzyiq göstərməlidir.
Pakistan bir millət olaraq azərbaycanlı qardaşlarının yanındadır və günahsız insanların xatirinə hər zaman və hər il olduğu kimi tədbirləri təşkil edəcək, televiziya, radio və internet də daxil olmaqla kütləvi informasiya vasitəsilə nəinki Pakistan xalqı arasında, hətta bütün diplomatik əməkdaşlıqlarında erməni zorakılığı barədə məlumatlılığını artıracaqdır. 

Adgözəlli Səbinə
Nəsimi RİH könüllü

Sizin Reklam Yeriniz