Əlaqə Arxiv
news Image
2020.10.02
19:15
| A A A
Dost və düşmənimizi tanıyaq
Ölkəmizin bu çətin günlərində tərəfdaşlarımızın olması çox qürurverici bir haldır. Onlar bizə lazımi dəstəyi verməklə həqiqət tərəfini tuturlar. Amma təəssüf ki, bəzi ölkələr işğalçı ermənilərin tərəfini tutmaqla haqq ədalətin öz yerini tapmasına mane olur, və əsl üzlərini göstərirlər. Bu ölkələrdən biri Fransadır. Fransa prezidenti Emmanuel Makron cəbhəmizdə baş verən hadisələrin həll olunması üçün gördüyü tədbir tərəfsizliyi göstərmir, işğalçıların tərəfində olduğu bəllidir. Biz istərdik ki, Fransanın Azərbaycana olan münasibəti dəyişsin, Ermənistana beynəlxalq səviyyədə müəyyən bir təzyiqlər göstərilsin və haqq ədalət öz yerini tapsın. Fransanın Minsk Qrupu həmsədri kimi vəzifəsini düzgün yerinə yetirmədiyi göz qabağındadır. Onlar bu münaqişədə tərəfsiz olduqları barədə açıqlama verməlidirlər. Və ya daha uyğun olan bir variant Fransanın Minsk Qrupu həmsədrliyindən çıxarılmasıdır. Emmanuel Makronun açıqlamasında dediyi kimi: "ermənilərə səslənirəm, Fransa da öz rolunu oynayacaq" sözü bunun arqumentidir. Hər birimiz bilirik ki, bu qəbul edilməzdir və Fransa yanlış mövqedədir. Makronun bu bəyanatı onun ədalətsiz biri olduğunu göstərir. Bəyanatda açıq-aşkar deyilməsə də aydındır ki, Fransa bu münaqişədə işğalçı ermənilərə dəstək olacaq və onlara kömək edəcək. Makronun Riqada bəyanatında Türkiyənin savaşkar kimi görməsi, Şimali Qarabağı yenidən fəth edilməsi haqda danışığı, onun bu münaqişə haqqında xəbərsiz olmasını, münaqişənin tarixini düzgün bilməməsini göstərir. Azərbaycanın apardığı müharibə Vətən müharibəsidir. Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın beynəlxalq səviyyədə tanınan qədimdən olan bir hissəsidir. Bu faktları bilməyən kəslərin münaqişə haqqında fikir bildirməsinə ehtiyac yoxdur. Azərbaycanın keçirdiyi əməliyyat beynəlxalq hüquqlara tam olaraq əsaslanır və düzgün addımdır. Azərbaycanın mövqesinə qarşı duranların bu işi düzgün şəkildə bacarmamaları, onların öz işində peşəkar olmadıqları bilinir. İndiki vaxta qədər ABŞ, Rusiya, Fransa və bir sıra digər ölkələr bu münaqişənin danışıq yolu ilə həll olunmasını tələb edirlər. Prezidentimiz İlham Əliyev bu çağırışlara cavab olaraq bildirib ki, "Paşinyan danışıqlardan imtina edir, və onlar çoxdan müharibəyə hazırlaşır. " Fransanın tarixinə diqqət yetirsək görə bilərik ki, bu ölkə soyqırımçı bir ölkədir. Əlcəzair Fransanın tərkibində 132 il müstəqillik uğrunda mübarizə aparıb və nəticədə fransızlar 1,5 milyon əlcəzairliyə qarşı soyqırım tətbiq edib. Bu onların düşmənimizlə olan ortaq cəhətlərini göstərir. Lakin Fransa bu böyük miqyaslı soyqırımla kifayətlənməyib bir sıra digər soyqırımlar həyata keçirib. Misal olaraq onların Vyetnamda keçirdiyi soyqırım da özü ilə dəhşətli izlər buraxmışdır. Həmçinin Fransa tarix boyu 3 qitədə yaşayan yerli əhalilərinə qarşı soyqırım törədib, onların dinlərini dəyişib, ölkədən çıxmasına məcbur edib, ən adi bir insan kimi yaşamalarına imkan verməyib. 1917-ci ildə Fransa əsgərləri Cibutiyə daxil olaraq 100 minlərlə insanı öldürmüşdür. Əlavə olaraq Fransanın soyqırım törətdiyi ölkələr sırasına Çad, Qabon, Tunis daxildir. Makrona demək istərdik ki, Azərbaycana əks mövqe göstərərək bəyanatlar verməkdənsə öz xalqına nəzər yetirsin və öz problemlərini həll etsin. Biz bu günlərdə dost və düşmənimizi tanımalıyıq və bacardığımız qədər yanlış mövqedə olanları bizimlə birgə haqq ədalət yoluna çəkməliyik. İslam Məmmədov Nəsimi RİH könüllüsü
Sizin Reklam Yeriniz