Əlaqə Arxiv
news Image
2020.10.02
19:17
| A A A
Fransa işğalçının yanındadır
Sentyabrın 27-si səhər saat 6 radələrindən başlayaraq Azərbaycanın Füzuli-Cəbrayıl istiqamətində cəbhəboyu yaşayış məskənlərimiz ermənilər tərəfindən atəşə məruz qalmışdır. Mülki əhali hədəf alınaraq artilleriya qurğularından, minaatanlardan və bir çox iri çaplı silahlardan atəşə tutulub. Bu təxribata cavab olaraq ordumuz əks-hücum əməliyyatı keçirmək üçün əmr aldı. Bu bizim haqq işimizdir,biz öz torpaqlarımızı azad etmək üçün mübarizə aparırıq. Təxribat nəticəsində mülki əhali və hərbiçilər arasında ölən və yaralananlar var. Qarabağ uğrunda gedən bu mübarizədə bir çox dünya dövlətləri öz münasibətini bildirmişdir. İlk olaraq Türkiyə və Pakistan bizim yanımızda olduqlarını bildirmişdir. Təbii ki, bəzi ermənipərəst ölkələr bu münaqişədə yenə də öz mövqeyini bəyan etdi. Hər zaman ermənipərəst mövqe göstərən Fransa, bu məsələ ilə bağlı bəyanat vermişdir. Fransa prezidenti Makron öz bəyanatında bildirmişdir ki, " Ermənilərə deyirəm ki, Fransa da öz rolunu oynayacaq" . Bu ifadədən də aydın olurki, Fransa bu münaqişədə Ermənistan tərəfinin yanındadır. Nəzərə alsaq ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədridir və digər həmsədrlər kimi Fransa da bu məsəlinin sülh yolu ilə həllinə çalışmalı, tərəfsiz mövqe göstərməlidir. Lakin bu bəyanatdan başa düşülür ki, Fransa öz tərəfsiz mövqeyini qoruya bilmir. Fransanın tarixinə diqqət yetirdikdə onun soyqırımlarla dolu tarixini görərik. Buna nümunə olaraq Fransanın Əlcəzair xalqına qarşı törətdiyi soyqırımı deyə bilərik. Əlcəzair xalqı 132 il Fransanın hakimiyyəti altında qalmış və daim müstəqillik uğrunda mübarizə aparmışdır. Lakin Fransa 1,5 milyon əhaliyə qarşı soyqırım törətmişdir. Bundan başqa Fransanın Cibutidə törətdiyi terror nəticəsində 100 minlərlə insan öldürüldü. Fransanın soyqırım tarixi bunlarla bitmir. Bu cür qanlı keçmişə malik bir ölkənin Ermənistan kimi işğalçı dövlətə dəstək verməsi heç də təəccüblü deyil. Verdiyi bəyanatdan və bitərəf mövqeyindən aydın olur ki, Fransa həmsədrlik funksiyasını yerinə yetirməkdə çətinlik çəkir. Lakin bir daha demək lazımdır ki, Azərbaycan öz torpaqlarında döyüşür və yalnız öz torpaqları uğrunda mübarizə aparır. Azərbaycanın öz torpaqları uğrunda apardığı mübarizə istənilən halda beynəlxalq hüquqa əsaslanır. Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır. Tarixi faktları və hadisələri bilməyən həmsədrin missiyasına da ehtiyac yoxdur. Vəliyeva Rumiyə Nəsimi RİH könüllüsü
Sizin Reklam Yeriniz