Əlaqə Arxiv
news Image
2020.10.02
19:20
| A A A
Fransa işğalçının tərəfkeşi rolunda çıxış edir
Fransanın keçmiş tarixinə nəzər saldığımız zaman necə təcavüzkar və soyqırımlarla dolu tarixi olduğunu görə bilərik. Terroru və soyqırımını dövlət siyasəti kimi qəbul edən Fransa Əlcəzairdə 1,5 milyon insanı, həmçinin Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə 100 minlərlə sakini məhv etmişdir. Özünü "insan haqlarının və demokratiyanın vətəni" sayan Fransa tarixi ilə üzləşməkdən ona görə qorxur ki, böyük fransız inqilabının prinsiplərinə dəfələrlə xəyanət etmiş, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törətmişdir. 1994- cü ilin dekabrında Budapeşt Sammitində Minsk qrupunun mandatı müəyyən olundu. Fransa 1997 ci ildə Minsk Qrupuna həmsədr kimi təklif olundu və Azərbaycan höküməti Fransanın bu iştirakına böyük ümidlə yanaşırdı. Zaman keçdikcə bizim yanıldığımız isbatlandı. Fransa həmsədr ölkə olduğuna görə, biz onun bu məsələyə bitərəf yanaşmayacağını ümid edirdik. Lakin son Erməni təxribatları zamanı və sentyabrın 27-dən başlayan Azərbaycanın öz ərazisində keçirdiyi əks hücum əməliyyatları Fransanın bu məsələyə bitərəf olduğunu bir daha isbat etdi. E.Makronun Qarabağla bağlı son verdiyi məlumatlar, 30 illik danışıqlar prosesi zamanı tərəflərə fərqli münasibət göstərdiyini ortaya qoydu. Fransanın yürütdüyü bu qərəzli siyasət, onun həmsədr kimi öz missiyasını yerinə yetirmədiyini göstərir. Fransa höküməti Dağlıq Qarabağ məsələsinə qərəzli yanaşmayacağı haqqında xüsusi açıqlama verməlidir. Əgər Fransa höküməti həmsədr kimi fəaliyyətlərini yerinə yetirə bilmirsə, həmsədrlikdən çıxarılması müzakirə olunmalıdır. Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi ilə bağlı bir sıra ölkələrin parlamentləri və beynəlxalq parlament təşkilatlar Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış ediblər. Bəyanatlarda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü dəstəklənir, Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat qəti şəkildə pislənir və Ermənistanın bu addımlarının yolverilməz olduğu vurğulanır. Eyni zamanda, Ermənistan tərəfindən artıq 30 ilə yaxın davam edən işğal faktının beynəlxalq hüququn norma və prinsiplərinə tam zidd olduğu ifadə edilir. Bütün bunlara baxmayaraq Fransa təcavüzkar və işğalçı ölkə olan Ermənistanı dəstəkləyir, sepratçılıq və işğalı davam etdirən ermənilərin ən böyük havadarı rolunda çıxış edir. Abbaszadə Nəsir Nəsimi RİH könüllüsü
Sizin Reklam Yeriniz