Əlaqə Arxiv
news Image
2020.10.06
19:47
| A A A
Bir millət, iki dövlət
    Azərbaycan tarixinin şanlı səhifələri çoxdur. Bizlər həmişə həmin tarixi səhifələri vərəqlədikcə qürur hissi keçiririk. Hər bir xalqın böyüklüyü onun tarixinin şərəfli səhifələrinin çoxluğu ilə bağlıdır.Nə yaxşı ki,xalqımızın belə şərəfli tarixi səhifələri var.
      Bu gün,sözün həqiqi mənasında,xalqımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız Ilham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanımızın ən şərəfli tarixini yazmaqdadır. Hər bir Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi uğurları böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayır,əldə olunmuş uğurlara görə möhtərəm Prezidentimizə dərin hörmət və ehtiramını bildirir.
       Azərbaycan Ordusunun döyüş əhval-ruhiyyəsinin və Azərbaycan vətəndaşlarının vətənpərvərlik hissinin ən yüksək zirvədə olması hər birimizdə böyük qələbənin tezliklə əldə olunacağına inam yaradır.Hər birimiz cəbhədəki bu günkü uğurları böyük qələbənin müjdələri kimi dəyərləndiririk.
Ermənistanın hərbi təxribatlarına cavab olaraq Milli Ordumuzun sürətli əks-hücum əməliyyatı nəticəsində əldə etdiyimiz uğurlar ordumuzun çevikliyinin və peşəkarlığının əyani sübutudur.
       Müstəqil Azərbaycanımızın bir gənci kimi mən də Azərbaycan Respublikasının Prezidenti Cənab Ilham Əliyevin 4 oktyabr 2020-ci il tarixində “TRT Haber” telekanalına verdiyi müsahibəni böyük qürur hissi ilə dinlədim. Möhtərəm Prezidentimiz bildirdi ki: “Azərbaycan Ordusunun 27 sentyabr erməni hücumlarına cavab verməsi ilə başlayan hərəkatın son hədəfi artıq bəllidir: Dağlıq Qarabağın Ermənistanın işğalından qəti şəkildə azad edilməsi, təmizlənməsi, boşaldılması. Siz ilk gündən etibarən dediniz ki, bundan sonra döyüşlər ancaq Azərbaycanın işğal altındakı torpaqlarından Ermənistanın qeyd-şərtsiz çıxması ilə dayandırılacaq.”
         Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur , ermənilər sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələrini şiddətli artilleriya atəşinə tutdular. Bu təcavüz nəticəsində dinc sakinlər,uşaqlar,hərbi qulluqçular həlak oldular. Baş verənlərin qarşılığında Azərbaycan Ordusu təcavüzkara adekvat cavab verməyə və torpaqlarımızı müdafiə etməyə məcbur idi.Bu gün rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində işğal altında olan bir sıra yaşayış məntəqələrimiz və müxtəlif istiqamətlərdəki strateji yüksəkliklərimiz əsgərlərimiz tərəfindən erməni işğalından azad edilib.
Hər bir Azərbaycan gənci Azərbaycan Prezidenti Ilham Əliyevin xalqa ünvanlanan müraciətindən irəli gələn tezisləri rəhbər tutaraq tarixi məsuliyyətimizi dərk etməli,ümumi düşmənə qarşı bir səngərdə olmalı,qəlbi ülvi vətən məhəbbəti ilə döyünən qəhrəman və şücaətli əsgərlərimizin yanında olmalıdır.Çünki "Biz birlikdə güclüyük",Azərbaycanımızın şanlı tarixi səhifələrini də birlikdə yazacağıq.
Xəlilli Sona
Nəsimi RIH könüllüsü
Sizin Reklam Yeriniz