Əlaqə Arxiv
news Image
2020.10.06
18:39
| A A A
Prezidentimizin qətiyyətli çıxışları xalqımızın ruh yüksəkliyini daha da artırır
      27 sentyabrdan etibarən Ermənistan Silahlı Qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriya atəşinə tuturlar. Mülki əhaliyə qarşı törədilən cinayətlər davam edir. Lakin buna baxmayaraq, Silahlı Qüvvələtin Ali Baş Komandanının rəhbərliyi ilə müzəffər ordumuz torpaqlarımızı yağı düşmənlərdən azad edir, uzun illərin həsrətinə son qoyur. 
           Prezident İlham Əliyev oktyabrın 5-də “TRT Haber” televiziya kanalına müsahibə verib.
           Dövlətimizin başçısı Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatını xatırladaraq: “İyul ayında Ermənistan-Azərbaycan sərhəddində ermənilər tərəfindən başlanan qarşıdurmalar nəticəsində Azərbaycan ordusu Ermənistan torpağına keçmədi, halbuki ora keçə bilərdik. Onlara çox güclü zərbələr endirdik və onlar geri çəkildilər” demişdir.
           Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman çıxışlarında bizim Ermənistan torpağında hər hansı bir hərbi hədəfimizin olmadığını söyləmiş və torpaqlarımız uğrunda vuruşduğumuzu diqqətə çatdırmışdır.
            İlham Əliyev “TRT Haber”ə müsahibə zamanı haqlı, ədalətli mövqeyini bir daha dünyaya çatdırmış və bizə bu haqq mübarizəmizdə dəstək göstərən qardaş Türkiyə, Pakistan, Əfqanıstan və bir neçə ölkənin hər birinə, həmin ölkələrin prezidentlərinə təşəkkürünü bildirərək: ”Bu çətin dönəmdə, təbii ki, onların həmrəyliyi, dəstəyi bizim üçün çox önəmlidir və bizə mənəvi güc verir” – deyə əlavə edib.  
            Müxbirin  “Qarşıdurmalar böyük müharibəyə, böyük regional böhrana yol aça bilərmi” sualına cavab olaraq cənab Prezident İlham Əliyev: “ Bunu onsuz da Ermənistan istəyir. Biz hesab edirik ki, buna yol vermək olmaz. Bu müharibə Azərbaycanla Ermənistan arasında olan müharibədir. Bu müharibəni biz başlamamışıq. Biz bu müharibənin səbəbkarı deyilik, biz özümüzü müdafiə edirik və öz torpaqlarımızı geri istəyirik. Bizim Ermənistan torpaqlarında gözümüz yoxdur.” – deyə söyləmişdir.
           Bütün Azərbaycan xalqı öz Ali Baş Komandınını dəstəkləyir, ona inanır,  hər zaman onun yanındadır, Şanlı Ordumuzun tezliklə qələbə müjdəsinə əmindir!
       Nazir Əhmədov
       Nəsimi rayon təhsil işçisi
Sizin Reklam Yeriniz