Əlaqə Arxiv
news Image
2013.08.15
16:20
| A A A
Gülər Əhmədovanın apellyasiya şikayətinə baxıldı-Özəl

Bu gün Bakı Apellyasiya Məhkəməsində  həbsdə olan sabiq deputat Gülər Əhmədovanın barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə olan məhkəmə qərarından apellyasiya şikayətinə baxılıb. Gülər Əhmədovanın vəkili Əfsər Talıbov Movqe.az-a bildirib ki, məhkəmə  Səbail rayon Məhkəməsinin istintaq orqanının sabiq deputat Gülər Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 3 ay uzadılması barədə qərarını qüvvədə saxlayıb. Ə. Talıbov bildirib ki, G. Əhmədova öz səhhəti və ailə vəziyyəti ilə bağlı məhkəmədə açıqlama da verib. Ə. Talıbov bildirib ki, G. Əhmədovanın səhhəti hazırda yaxşı deyil.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir.


Sizin Reklam Yeriniz