news Image
2012.05.15
17:15
| A A A
Bişkekdə türkdilli dövlət başçılarının iştirakı ilə sammit keçiriləcək
Avqustda Qırğızıstanın paytaxtı Bişkek şəhərində 4 türkdilli dövlətin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin iştirakı ilə sammit keçiriləcək. Bu barədə APA-ya açıqlamasında Türk Akademiyasının (TA) vitse-prezidenti Əsgər Umarov bildirib. Sammitdə TA-na beynəlxalq status verilməsi barədə deklarasiya imzalanacaq. Bununla da, adı çəkilən 4 dövlət akademiyanın rəsmi təsisçisi elan olacaq. Deklarasiya imzalanandan sonra TA büdcəsi 4 dövlət tərəfindən formalaşdırılacaq. 
Qeyd edək ki, indiyə kimi TA-nın yaradıcısı Qazaxıstan hesab olunur. TA Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə 2010-cu ildə yaradılıb. 
Akademiyanın birinci sammiti Almatıda keçirilib.
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs