news Image
2013.08.15
16:27
| A A A
Əhməd Davudoğlu: “Azərbaycan ərazilərinin azad edilməsi xarici siyasətimizin əsas istiqaməti olaraq qalır”

 "Türkiyə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalını dayandırmaq üçün mümkün olan və ondan asılı olan hər şeyi etməyə hazırdır".


APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışında deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sabitliyin təmin olunmasını əngəlləyən maneədir: "Dağlıq Qarabağ və işğal altında olan digər Azərbaycan ərazilərinin azad edilməsi bizim xarici siyasətimizin əsas istiqaməti olaraq qalır, bundan sonra da bu istiqamətdə fəaliyyət göstərəcəyik. Biz Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi və azərbaycanlı qardaşlarımızın zorla öz evlərindən didərgin salınmasına qəti etirazımızı bildiririk. Münaqişənin sülh yolu ilə həll olunması üçün 20 ildən bəri davam edən danışıqların nəticəsiz qalması bizi ciddi narahat edir. Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməyincə, Cənubi Qafqazda və Orta Asiyada sülh, sabitlik və əmin-amanlığı təmin etmək çətin olacaq".

 

Ə. Davudoğlu qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və Türkiyə bu istiqamətdə öz səylərini davam etdirəcək: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışıqların 20 ildən artıq davam etməsinə baxmayaraq, heç bir nəticə əldə edilməyib. Bu, çox üzücü faktdır".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs