Əlaqə Arxiv
news Image
2020.10.14
09:20
| A A A
Azərbaycan xalqı Qarabağa uşaqların gülüş səsini qaytaracaqdır

 30 ilə yaxın müddətdir ki, Azərbaycan topraqlarının 20 faizi erməni işğalı altındadır. Bu illər ərzində mənfur ermənilər dəfələrlə təxribatlara əl atmış, işğalçılıq siyasətlərini davam etdirməyə çalışmışlar. Lakin hər dəfəsində ordumuz tərəfindən layiqli cavab verilərək susdurulmuşdur.
     27 sentyabr tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli-Cəbrayıl istiqamətində ilk atəşin atılması nəticəsində növbəti təxribat törədildi. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Ordumuz düşmənə qarşı əks-hücum əməliyyatı başladı. Artıq 10 gündən çoxdur ki, davam edən uğurlu əməliyyatlar nəticəsində Cəbrayıl rayonu və onun çox sayda kəndi, Suqovuşan su anbarı və bir çox strateji yüksəkliklər düşmən işğalından azad edilmişdir.
     Azərbaycan Ordusunun gücünü görən Paşinyan atəşkəs olması üçün Rusiyaya müraciət etdi. Oktyabrın 9-da Rusiya Xarici İşlər Nazirinin başçığı ilə Azərbaycan və Ermənistan baş nazirlərinin görüşü oldu. 11 saat davam edən bu görüş Azərbaycanın xeyrinə nəticələndi.
     İmzalanmış bəyannaməyə əsasən baza prinsiplər mütləq nəzərə alınmalıdır. Təbii ki, bu bizim xeyrimizə oldu. Bu prinsiplərə əsasən Ermənistan Silahlı Qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır. Münaqişədə qazandığımız digər uğur isə status-kvonun dəyişməsidir.Danışıqların formatını dəyişdirmək Yerevanın ən böyük məqsədi olmuşdur. Lakin bu bəyannaməyə əsasən danışıqlar format dəyişməz qaldı. Bu isə əldə etdiyimiz növbəti uğur sayıla bilər.
     Lakin hər zaman olduğu kimi Ermənistan atəşkəsi pozaraq, müharibı getməyən ərazilərimizə atəş açmağa davam edir. Gəncəyə atılan raket nəticəsində 10-a yaxın insan həlak olmuşdur. Xalqımıza qarşı törədilən bu cinayət cavabsız qalmayacaq. Bununla Ermənistan xislətini dünyaya göstərmiş oldu.
     Qardaş Türkiyə hər zaman bu və digər məsələlərdə Azərbaycanın yanında olmuşdur. Əks-hücum əməliyyatları başladığı gündən Türkiyə istənilən an Azərbaycanın yanında olduğunu və hər cür dəstəyi verəcəklərini bildirmişdir. Türkiyənin regionda və dünyada mövqeyi olduqca böyükdür. Bir çox dövlətlər Türkiyə ilə hesablaşır. Buna görə bu məsələnin həllində Türkiyə iştirak etməlidir.
     Sadəcə ön cəbhədə deyil, arxa cəbhədə-sosial şəbəkələrdə də düşmənə qarşı mübarizə davam edir. Dünyaya düzgün informasiyanın çatdırılmasında Prezident  qardaş Türkiyəyə öz minnətdarlığını bildirmişdir.
     Azərbaycan xalqı öz mübarizəsini davam etdirir. Bu mübarizədə xalqımızın dəstəyi və Prezidentimizin qətiyyəti sayəsində Ordumuz qələbə çalacaq və Qarabağda Azərbaycan  bayrağı dalğalanacaq.

 

Vəliyeva Rumiyə
Nəsimi RİH könüllüsü

Sizin Reklam Yeriniz