Əlaqə Arxiv
news Image
2020.10.16
21:12
| A A A
Qarabağ düşmən tapdağında qalmayacaq
Qarabağ! Azərbaycanın dilbər guşəsidir. Neçə illərdir ki, Qarabağ bizə, biz onun başı qarlı, dumanlı dağlarına, yamyaşıl meşələrinə həsrətlə baxırıq. Şuşa qalasını, Isa bulağını, Cıdır düzünü, Xarı bülbülü nisgillə yad edirik. Neçə illərdir ki, Qarabağ bizdən ayrı düşüb, babalarımızın at oynatdıqları yurd yerlərinə ayaq basa bilmirik. Xain qonşularımız ermənilərin 1988-ci ildə başladıqları elan olunmamış müharibədə Azərbaycan təkləndi, ermənilər rus ordusunun, digər xarici qüvvələrin dəstəyi sayəsində Dağlıq Qarabağı və ona bitişik 7 rayonu zəbt etdilər. Müharibə 20 min azərbaycanlının həyatına son qoymuşdur. Düşmən Azərbaycana məqsədli şəkildə vurduğu bu ziyanın əvəzini alır və alacaq, Qarabağın bir qarış torpağı belə düşmən tapdağı altında qalmayacaq! Bu nida hər bir azərbaycanlının qəlbinin sədasıdır. Cənab prezident İlham Əliyev "Haber Türk" telekanalına verdiyi müsahibəsində də bildirmişdir ki: "Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır və onlar vətəndaşımızdır. Ölkəmizdə bir çox millətlər yaşayır və bu, ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Onların canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha güvənli, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı daha da artacaq" Vətənimizin bu dönəmində qardaş ölkə olan Türkiyə və digər dövlətlər Azərbaycan xalqından öz dəstəyini əsirgəmir. Bizə qarşı olan bu yaxşılıqları heç vaxt yaddan çıxarmayacayıq. Düşmən bizə olan dəstəkləri dünyaya başqa cür çatdırır. Guya Ordumuzda Türkiyə əsgərləri də vuruşur. Bu həqiqətən də yalandır. Bizim Şanlı Ordumuz düşməninkindən qat-qat üstündür. Biz Türkiyədən silah-sursat ala bilərik bu normaldır. Ancaq düşmənlərin dediyi tamamilə şaədir! Nizami ordumuzun möhkəmlənməsi, beynəlxalq miqyasda Azərbaycanın haqq mövqeyinin dəstəklənməsi, insanlarda düşmənə nifrətin artması, yekdil əhvali-ruhiyyənin yaranması onu deməyə əsas verir ki, Qarabağ torpağı tam şəkildə tezliklə düşmən əsarətindən azad ediləcək. Ordumuz və xalqımız artıq düşmən üzərində qələbə çalır. Çox az qalıb Azərbaycan Ordusunun səsi Şuşadan gələcək! Nəsimi rayon gənci, Hüseynli Elşən Adil oğlu
Sizin Reklam Yeriniz