Əlaqə Arxiv
news Image
2020.10.16
21:13
| A A A
Xain hücumlar bizi zərrə qədər də yolumuzdan döndərə bilməz
1988-ci ildən bu günə qədər Ermənistanın həyata keçirdiyi siyasət faşist mahiyyətini bütün dünyaya göstərdi. Ermənistan 30 ildir ki, mənfur siyasətindən əl çəkməyərək Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycana qarşı hərbi təcavüzkarlıq həyata keçirir. Ermənistan Silahlı qüvvələrinin 27 sentyabr tarixində başlayan hərbi aktivliyi hər zaman olduğu kimi təxribat xarakteri daşıyırdı və bu təxribat sübut etdi ki, Ermənistan bu əməliyyatları planlaşdırmış şəkildə edir. Lakin buna baxmayaraq, Azərbaycan Ordusunun hazırlığı düşmənin bütün planlarını alt-üst edir və onlara öz mənfur siyasətlərini həyata keçirməyə imkan vermir. Bu gün Ermənistan döyüş meydanında məğlubiyyətə uğrayıb, çirkin əməllərə əl atır. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün artıq adi bir hala çevrilib. Buna cavab olaraq son iki həftə ərzində Ermənistanın 200-dən çox tankı məhv edildi,33tank qənimənətə götürüldü.Hava hücumundan müdafiə sistemləri-OSA-35,TOR,KUB KRUQ, yük maşınları,tank əleyhinə silahlar məhv edildi. Əgər hamısını hesablasaq, sadəcə məhv edilən və qənimət götürülən texnika 1-2 milyard dollar dəyərindədir. Hər bir müharibə sülh ilə nəticələnir. Lakin,hər iki tərəfdə güclü siyasi iradə olarsa və beynəlxalq təşkilatlar bu məsələdə köməklik göstərərsə,buna nail olmaq mümkün olacaq. Buna nail olmaq hal-hazırırki vəziyyətdə çətindir. Çünki hal-hazırda düşmən tərəfindən xain hücumlar davam etməkdədir.Bu hücumlar bizi zərrə qədər də yolumuzdan döndərə bilməz! Ermənistan zənn edir ki,bu hücumlar bizi dayandıracaq. Bizi heç kim bu yoldan döndərə bilməz. Çünki biz haqq yolundayıq. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik! Qardaş Türkiyəni bu prosesdə yanımızda olduğunu görür və alqışlayırıq. Türkiyə bölgədə və yeni cografiyada çox önəmli sabitləşdirici rol oynayır. Prezident Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamır. "Türkiyə Azərbaycanın yanındadır!" Əgər bu sözlər deyilməsəydi bu gün vəziyyət qarışa bilərdi, necə deyərlər kimsə bulanıq suda balıq tutmağa çalışacaqdı. Indiki mərhələdə Azərbaycan ordusu sadəcə irəli getməlidir. Biz Ermənistana şans verdik. Atəşkəsə razı olmaya da bilərdik. Ancaq onlar bu addıma biganə yanaşdılar,bunu dəyərləndirə bilmədilər. Son hadisələr Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu bir daha sübut etdi. Rəşadətli Azərbaycan ordusu bizə sevinc yaşatdı və yaşatmağa davam edir! Bütün işğal olunmuş ərazilərimizin işğaldan azad olunacağı gün .. O gün çox yaxındadır! Nəsimi Rayon gənci Verdiyeva Şəbnəm
Sizin Reklam Yeriniz