Əlaqə Arxiv
news Image
2020.10.18
17:00
| A A A
Bakı açıqladı: Meyitlərin bir hissəsini verməyə hazırıq

Azərbaycan birtərəfli qaydada erməni hərbçilərinin meyitlərinin bir hissəsini verməyə hazırdır.

Mövqe.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyi ilə keçirilmiş görüşlərdə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında elan edilmiş müvəqqəti humanitar atəskəsin ruhuna uyğun olaraq, Azərbaycanın birtərəfli qaydada hazırda Azərbaycan tərəfində olan erməni hərbçilərinin meyitlərinin bir hissəsini iki ölkənin dövlət sərhədinin Tovuz rayonu istiqamətində əvvəlcədən razılaşdırılmış dəhlizdə BQXK-nın vasitəçiliyi ilə Ermənistana verməyə hazır olduğunu diqqətə çatdırmışdır.

Bu barədə qarşı tərəfə bildirilməsi xahiş olunmuşdur”.

Sizin Reklam Yeriniz