Əlaqə Arxiv
news Image
2013.08.19
14:37
| A A A
ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərə başlayır

Təlimlər avqustun 30-a qədər davam edəcək

Bu gün ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərə start verir. Mövqe.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, hər il təşkil edilən təlimlər avqustun 30-a qədər davam edəcək. 


Şimali Koreya isə, qonşusunun bu manevr tədbirini yeni bir işğalçılıq mesajı kimi xarakterizə edib. Pxenyan, Seulun hərbi təlimlərini gərginliyin azaldığı müddətdə həyata keçirməsini heç də təsadüfi saymır.


Son vaxtlar hər iki Koreya arasında ortaq sənaye bölgəsinin yaradılması və bir-birindən ayrı düşən ailələrin yenidən görüşdürülməsi mövzusunda razılaşmalar əldə olunmuşdu. Lakin ehtimal edilir ki, 2 həftə davam edəcək təlimlər yarımadada vəziyyəti bir qədər də gərginləşdirəcək.


Şimali Koreya həmçinin ABŞ-la münasibətlərində də gərginlik yaşayır. Belə ki, bu ilin 12 fevralında bütün xəbərdarlıqlara baxmayaraq Pxenyan 3-cü dəfə nüvə sınağını həyata keçirib. Əvəzində isə BMT TŞ bu ölkəyə sanksiya tətbiq etmişdi.

Sizin Reklam Yeriniz