news Image
2013.08.19
14:54
| A A A
Türkiyə XİN Misirin qondarma “erməni soyqrımı”nı tanımaqla bağlı məlumatı təkzib edib

Türkiyə XİN Misirin qondarma "erməni soyqrımı"nı tanımaq niyyətində olması ilə bağlı məlumatı təkzib edib 

Misirin qondarma "erməni soyqrımı"nı tanımaq niyyətində olması ilə bağlı məlumat həqiqətəuyğun deyil.

Bu barədə bazar ertəsi Trend-ə açıqlamasında Türkiyə Xarixi İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Levent Gömrükçü bildirib:

"Biz öz kanallarımız vasitəsilə öyrəndik ki, bu məlumat yanlışdır. Misir tərəfi bizə məlumat verdi ki, Misirin müvəqqəti prezidenti Ədli Mənsurun "Twitter" sosial şəbəkəsində heç akkauntu da yoxdur".

Xatırladaq ki, daha əvvəl Misirin müvəqqəti prezidenti Ədli Mənsurun adından "Twitter" sosial şəbəkəsində mikrobloqda qeyd edilib ki, Misirin yeni hökuməti qondarma "erməni soyqrımı"nı tanımaq niyyətindədir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs