news Image
2013.08.22
16:56
| A A A
Daha bir nəfərin prezidentliyə namizədliyi təsdiqlənib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.


APA-nın məlumatına görə, yığıncaqda 20 avqust 2013-cü il tarixli iclas protokolu təsdiq edilib.

 İclasda öz təşəbbüsü ilə prezidentliyə namizədliyi irəli sürülən AMEA-nın əməkdaşı Qüdrət İsaq oğlu İsaqovun prezidentliyə namizədliyinin təsdiq olunması məsələsinə baxılıb.

 MSK katibi Arifə Muxtarova bildirib ki, onun namizədliyinin təsdiq olunması ilə bağlı MSK-ya daxil olan sənədlər araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.

 Sonra MSK açıq səsvermə yolu ilə Q. İsaqovun prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

 

Sonra bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi, seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası barədə məlumat verilib.

 Daha sonra namizədliyi təsdiq olunan Əli Əliyevin səlahiyyətli nümayəndələrinin qeydiyyatı məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.

 

Qeyd edək ki, ümumilikdə indiyədək 17 nəfərin namizədliyi irəli sürülüb, onlardan 15 nəfərin namizədliyi təsdiqlənib. MSK İlham Əliyev, Əhməd Oruc, İlqar Məmmədov (İlqar Altay), İqbal Ağazadə, Fuad Əliyev, Əli Əliyev, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev, Zahid Oruc, Fərəc Quliyev, Ərəstun Oruclu, Elşən Həsənov, İsmayıl Yusifov və Q. İsaqovun namizədliklərini təsdiqləyib.

 

Xatırladaq ki, prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs