news Image
2013.08.23
11:57
| A A A
MSK sədri: "Azərbaycanda demokratik, ədalətli, azad seçkilərin keçirilməsi üçün zəruri olan bütün şərait mövcuddur"

Azərbaycan mühüm seçki kampaniyası ərəfəsindədir və bu, beynəlxalq qurumların da geniş maraq dairəsindədir. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Bakıda cümə günü "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda keçirilən sessiyada çıxışı zamanı bildirib.


MSK sədri bildirib ki, Azərbaycanın beynəlxalq qurumlarla, xüsusilə ATƏT-lə uğurlu əməkdaşlığı seçkilərin demokratik, şəffaf keçirilməsində mühüm rol oynayacaq.

M.Pənahov qeyd edib ki, MSK da öz növbəsində prezident seçkilərinin keçirilməsinə nəzarət edən qurum kimi üzərinə düşən bütün vəzifələrin yüksək səviyyədə yerinə yetirməyə çalışır.


MSK sədri bildirib ki, Azərbaycanda demokratik, ədalətli, azad seçkilərin keçirilməsi üçün zəruri olan bütün şərait mövcuddur: "Ölkədə ictimai-siyasi sabitlik hökm sürür, ən əsası ölkə başçısının özünün demokratik seçkilərin keçirilməsi üçün siyasi iradəsi mövcuddur. Ölkə başçısına da təşəkkür edirəm ki, seçkilərin keçirilməsi üçün bütün şəraiti təmin edib, çünki bu olmadığı təqdirdə demokratik seçkilərin keçirilməsi mümkün olmazdı".

Sessiya iştirakçıları barədə məlumat verən M.Pənahov qeyd edib ki, Seçki Məcəlləsinin tələbinə görə, icra orqanları seçkilərin yüksək səviyyədə keçirilməsində müstəsna rolu və vəzifələri var: "Məhz bu səbəbdən bugünki sessiyaya yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri iştirak edir. Çünki seçkilərin keçirilməsinin yüksək səviyyədə təşkili birbaşa onların diqqət mərkəzində olmalıdır, onlar bu məsələdə məsuliyyətlidirlər".

Məntəqələrdə seçkilərin müşahidəçilər tərəfindən izlənilməsi baxımından Azərbaycanda keçirilən seçkilər dünyada ən qabaqcıl yerlərdədir: "Seçkilər prosesini indiyə qədərki keçən seçkilərdə 10 minlərlə müşahidəçilər izləyib, bu seçkilərdə də xeyli sayda müşahidəçilərin izləməsi gözlənilir və onlar seçkiləri izləmək üçün heç kimdən icazə almağa borclu deyillər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs