Əlaqə Arxiv
news Image
2013.08.23
13:02
| A A A
“Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupu yaradıldı

Bu gün "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupunun təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, bununla bağlı keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, 200 nəfərə qədər gənc və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) baş katibi Seymur Hüseynov bildirib ki, "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupunun əsas məqsədi son 10 il ərzində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini ictimaiyyətə çatdırmaqdır.


O, qeyd edib ki, Təşəbbüs Qrupu açıq fəaliyyət göstərir və arzu edən hər bir gənc, təşkilat "Mənim Prezidentim" kampaniyasına qoşula bilər.

Daha sonra çıxış edən "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev 10 il ərzində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətdən, gənclərə göstərilən diqqət və qayğıdan danışıb.

Sizin Reklam Yeriniz