Əlaqə Arxiv
news Image
2013.08.23
13:05
| A A A
Məzahir Pənahov: “Müşahidəçilər seçkiləri izləmək üçün heç kimdən icazə almağa borclu deyillər”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qarşıdan gələn prezident seçkiləri ilə bağlı müşahidəçilərin işinə müdaxilə etmək istəyənlərə xəbərdarlıq edib.

Bu gün Bakıda keçirilən "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda tədbirdə M. Pənahov qeyd edib ki, indiyə qədər Azərbaycanda keçirilən seçkiləri minlərlə müşahidəçi izləyib və bu seçkilərdə də çoxsaylı müşahidəçilərin olması gözlənilir.

 

O rayon icra başçılarını və digər məsul şəxsləri seçkilərdə bu və ya digər məsələlərdə daha da məsul olmağa çağırıb: "Lakin unutmaq lazım deyil ki, onlar seçkiləri izləmək üçün heç kimdən icazə almağa borclu deyillər. Bizdə seçkilər indiyə qədər olduğu kimi indi də yüksək səviyyədə təşkil olunacaq, çünki bunun üçün yüksək səviyyədə şərait var". O keçirilən tədbirdə bütün icra hakimiyyəti başçılarının MSK üzvləri ilə birgə seçkinin təşkili məsələsində aktiv müzakirəyə qoşulmağa çağırıb.

 

Sizin Reklam Yeriniz