news Image
2012.05.16
11:11
| A A A
Mossad agenti edam edildi

Movqe.Az "Euronews"a istinadən bildirir ki, İranda iki il əvvəl bir nüvə fizikini öldürən və İsrailin gizli xidməti olan Mossad agenti olmaqla təqsirləndirilən Məcid Camalı Faşi paytaxt Tehranda asılaraq edam edilib.

24 yaşlı Məcid Camalı Faşi  keçən ilin avqust ayında edama məhkum edilib.

İran rəsmi xəbər agentliyi Camalı Faşinin elm adamı Məsud Əli Məhəmmədini öldürdüyünü etiraf etdiyini açıqlayıb.

Tehran Universitetinin fizika elmi üzrə professoru Məhəmmədi 2010-cu ilin yanvar ayında paytaxtdakı evinin qabağına qoyulan bir motosikletə yerləşdirilən bombanın uzaqdan əmrlə partladılması nəticəsində həyatını itirib.

Tehran rəhbərliyi 2010-cu ildən bu yana 4 elm xadiminin sui-qəstə uğramasında günahı İsrail və Amerika Birləşmiş Ştatlarında görürdülər.

Vaşinqton bu ölümlərlə bağlı təqsirləndirilməni qəti inkar edib, İsrail isə şərh etməkdən boyub qaçıraraq İranın nüvə proqramının özü üçün böyük bir hədə olduğunu bildirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs