news Image
2013.08.23
12:47
| A A A
“Azərbaycanla Macarıstan arasında birbaşa aviareysin açılması tarixi addımdır”

"Yeni açılan Bakı-Budapeşt-Bakı birbaşa aviareysi uğurlu olub. Bu iş üzərində iki il idi işləyirdim. Bu uğurun təməlində tək macar deyir, eyni zamanda Azərbaycan tərəfi durur".


Bunu APA-ya açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora bildirib.

 Onun sözlərinə görə, aviareysin açılması ilə iki xalq bir-birinə daha da yaxın olur: "Əgər 2012-ci ildə 1047 viza vermişiksə, 2013-cü ildə bu rəqəm 2 mini keçib. Reys açılandan sonra bu rəqəm xeyli artdı. Azərbaycanın Macarıstandakı səfirliyinin nə qədər viza verdiyi bilməsəm də, düşünürəm ki, onların verdiyi vizaların sayı iki dəfə çox olar. Bu, turizm, biznes üçün çox faydalıdır. Aviareysin açılması ölkələrimiz arasında tarixi addım oldu".

 Səfir viza verilməsində yaranan növbələrə və səfirliyin konsulluq şöbəsi ilə bağlı şikayətlərə də toxunub: "Hamı vizanı növbəsiz almaq istəyir. Lakin bu mümkün deyil. Biz də vəziyyətə uyğun addımlar atmağa çalışırıq, üstəlik, biz xahiş etmişik ki, ştatımızı genişləndirsinlər. Lakin bunun üçün əlavə vəsait və münasib yer lazımdır".

 

 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs