news Image
2013.08.23
13:55
| A A A
Əli Həsənov: Çox istərdik ki, Azərbaycanda güclü iqtidar qarşısında güclü müxalifət olsun

Çox istərdik ki, Azərbaycanda güclü iqtidar qarşısında güclü müxalifət olsun. Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cəbrayıl rayonunun Ermənistan tərəfindən işğal olunmasının 20-ci ildönümü ilə bağlı keçirilən anım tədbirindəki çıxışında bildirib.


Azərbaycanda iqtidar-müxalifət münasibətlərinə toxunan Baş nazirin müavininin fikrincə, bu gün zəif olan müxalifətin rüsvayçı hərəkətləri təəssüf doğurur. Onun sözlərinə görə, Azərbaycan hökuməti ölkədə güclü müxalifətin olmasının marağındadır: "Bu gün Azərbaycan dövlətinin Prezidentinin əldə etdiyi nailiyyətlər dünyanın bütün ölkələrində müsbət hal kimi müzakirə olunur, Azərbaycan dünya ölkələrinin maraq mərkəzinə çevrilir. Təəssüflər olsun ki, Azərbaycan müxalifəti rüsvayçılığı dünya ölkələrinin marağını özünə cəlb edib və onların müzakirə mövzusudur. Biz çox təəssüf edirik ki, güclü iqtidar qarşısında rüsvayçı və çox zəif müxalifət var".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs